Yük avtomobili problemi: Sakinlər tıxacdan şikayətçidirlər - AÇIQLAMA - FOTO

Sulutəpə sakinləri iritutumlu yük maşını sürücülərinin yolda tıxac yaratmasından şikayətçidirlər.
Avtosfer.az xəbər verir ki, bu barədə sakinlər Binəqədi rayonunun Xocalı küçəsində sürücülərin yaratdığı tıxacla bağlı Oxu.az-a müraciət ediblər.
Onların sözlərinə görə, "Coca-Cola" zavodunun qarşısında ağırtonnajlı yük avtomobillərinin sürücüləri yolu parkinq kimi istifadə edərək nəqliyyatın hərəkətini çətinləşdirirlər.
"Artıq iki ilə yaxındır ki, bu ərazi yük maşınlarının dayanacağına çevrilib. Səkilər tutulub, nə getmək olur, nə gəlmək. Bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə, həmçinin Binəqədi Rayon İcra Hakimiyyətinə dəfələrlə şifahi müraciət etmişik. Bir neçə gün öncə isə həm icra hakimiyyətinə, həm də polisə yazılı şəkildə müraciət təqdim etmişik", - deyə sakinlər bildiriblər.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, qeyd olunan problem üzrə Xocəsən bələdiyyəsi tərəfindən aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət olunub.
Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, qeyd edilən ərazidə mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.

"Bəzi yük avtomobili sürücülərinin həmin yerdə nəqliyyat vasitələrini saxlaması istər-istəməz ərazidə yolun buraxıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Qayda pozan sürücülər aşkarlanır və onlar barəsində qanunamüvafiq tədbirlər həyata keçirilir", - deyə o qeyd edib.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı














