Zaminin maaşından borc nə qədər tutula bilər? - AÇIQLAMA

Bir çoxumuz bəzən heç düşünmədən dost-tanışımıza zaminlik edirik. Kredit götürən şəxs borcunu ödəməsə, o borcu bizim ödəyəcəyimizi düşünmürük. Amma bir gün kartımızdan pul silindikdə artıq gec olur. Çünki bank həmin borcu zamindən tutur. Bu kimi hallarla üzləşməmək üçün diqqətli olmaq lazımdır.
Bəs zaminin hansı öhdəlikləri var?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı milli.az-a hüquqşünas Qasım Şalıyev bildirib ki, zamin borc götürənlə birgə tam məsuliyyət daşıyır. Yəni borclu öhtəliyini yerinə yetirməsə, zamin icra etməlidir. Bu məsuliyyət sadəcə əsas borcdan ibarət deyil. Faiz və gecikmə iş məhkəmə müstəvisinə çıxarsa, məhkəmə xərcləri də bura daxildir. Bəzi zaminlər bankın onun gəlirinin az qala hamısın tutmasından şikayətlənirllər.
Bəs bu qanunla necə tənzimlənir?
Hüquqşünasın sözlərinə görə, icra sənədi üzrə əmək haqqına yönəlmə olanda 50 faizə tutulma ola bilər. Hətta bəzən olur ki, bir şəxsin bir neçə icra vərəqəsi olur. Zamin duran şəxsin ailə üzvləri məsuliyyət daşımır. Bankın onların gəlirindən tutmaq hüququ yoxdur. Borc ödənilənə qədər isə şəxs zaminlikdən imtina edə bilməz.
Bəs borclu kreditini sonradan artırsa, zaminin öhdəlikləri də artırmı?
Hüquqşünasın sözlərinə görə, zaminin məsuliyyəti yalnız öhtəlik götürdüyü hissədədir. Sonrakı kredit məbləğinin artırılmasında zaminin məsuliyyəti hesab edilmir. Vətəndaşlara bu kimi məsələlərdə problem yaşamamaq üçün zamin durarkən diqqətli olmaları bildirilir.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










