Zəif görmə ilə sükan arxasında: Kimlər sürücülük vəsiqəsi ala bilməz?

“Elə xəstə var ki, onun -10 nömrəsi var, amma işləyə bilər. Amma elə xəstə də var ki, -2 nömrəsi var, işləyə bilməz, qadağandır”.
Avtosfer.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a oftalomoloq-cərrah Sevil Nur deyib.
O qeyd edib ki, bu kimi qərarlar gözün vəziyyəti ilə bağlı verilir:
“Bu gözün vəziyyəti ilə bağlı verilə bilən bir qərardır. İdmançılarda da bu qayda belədir. Bu, göz dibi, buynuz qişası və ön seqmentlərlə əlaqədar təyin edilir. Elə xəstə var ki, onun -10 nömrəsi var, amma işləyə bilər. Amma elə xəstə də var ki, -2 nömrəsi var, işləyə bilməz, qadağandır. Yəni göz növünə uyğun olaraq qərar verilir”.
Oftalmoloq vurğulayıb ki, sürücülük vəsiqəsi şəxsin görmə qabiliyyəti faizinə əsasən verilir:
“Sürücülük vəsiqəsi isə şəxsin görmə faizinə əsasən verilir. Şəxsə sürücülük vəsiqəsinin verilib-verilməyəcəyi öncədən yoxlanılıb baxılmalıdır. Bu fərqlidir və insandan insana dəyişir. Standart bir dərəcə yoxdur. Gözün görmə faizini yaxşılaşdırmaq üçün isə əməliyyata ehtiyac olur. Xəstəyə eynək təyin olunması da məhz müayinədən sonra və gözün növünə görə müəyyən edilir”.
Xatırladaq ki, 2015-ci ildə bakıda keçirilən Avropa Olimpiadası zamanı Olimpiya şəhərciyində avtobus sürücüsü avstriyalı idmançıları vurmuşdu. Sürücü Vəli Əhmədov ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqda ittiham olunurdu.
Qəza nəticəsində Avstriya yığma komandasının 3 üzvünə bədən xəsarətləri yetirilmişdir. Onlardan biri ağır yaralanaraq müalicə üçün Vyanaya çatdırılmışdı.
Sonradan "Bakubus" şirkəti sürücüsündə 10 faiz görmə qabiliyyəti olduğu üzə çıxmışdı.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










