Nömrəsiz maşın sürüb insanları təhlükəyə atan "qazilər"; qanun onlar üçün deyil? - VİDEO

Hər kəsə məlumdur ki, dövlət hər zaman vətən uğrunda sağlamlığını itirən vətəndaşlarının yanında olub və olmağa da davam edir. Məsələn, onları həyat şəraitləri normal olsun deyə növbəllik əsasında mənzillər və avtomobillərlə təmin edilirlər. Və bu hər il təkrarlanır. Amma çox təəssüf ki, dövlətin bu cür dəstəyindən bəziləri öz məqsədləri üçün istifadə edir. Bu isə kənardan heç də yaxşı görünmür.
Özünün və başqalarının həyatını düşünməyən belə sürücülər isə kifayət qədərdir. Bunu dövlət yol polisi əməkdaşlarının keçirdiyi reydlər zamanı da görmək olur. Təəssüf doğuran məqam isə ondan ibarətdir ki, nömrəsiz idarə olunan bu nəqliyyat vasitələri dövlətin vətən uğrunda sağlamlığını itirərən qazilərə verdiyi avtomobillərdir.
Ekspert Elməddin Muradlı deyir ki, son iki ay ərzində təkcə paytaxt ərazisində 57 oxşar fakt aşkar edilib. Araşdırmalar zamanı məlum olub ki, həmin avtomobilləri nömrəsiz idarə edənlərin əksəriyyətinin heç qazi statusu da yoxdur. Onlar sadəcə nəqliyyat vasitələrini hansısa formada öz sahibindən əldə edərək qazi adı ilə idarə edirlər. "Nə birinci Qarabağ savaşında nə indiki vətən müharibəsi iştirakçısında aidiyyatı olmayan insanlar onların adından suiistifadə edir. Araşdırmamız nəticəsində hər iki nömrəsi yerində olmayan bir naz nifan aşkarladıq və sonradan biz onun nömrəsini müəyyənləşdirdik ki, hansı nömrədən istifadə edir ara-sıra onun qarabağ əlili olması barədə rəsmi dövlət qurumunun verdiyi bir sənədə rast gəlmədim. Beş min yeddiyüz iyirmi bir manat cəriməsi var idi . Və özü də etiraf edir ki, nörmələri cərimələrə görə bağlamıram üzərinə ki,çünki əlavə olaraq yenə gəlir üzərinə.
Baş Dövlət yol polisi İdarəsinin əməkdaşı Toğrul Nəsirli bildirib ki, həmin şəxslərin belə addım atmaqda məqsədi yalnız inzibati məsuliyyətdən yayınmaqdır.
"Dövlət qeydiyyat nişanının olması inzibati məsuliyyətdən yayınmanın qarşısnı alır eləcə də yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin axtarıb tapılmasında da çox böyük əhəmiyyəti vardır. Bu baxımdan da bütün yol hərəkəti iştirakçılarından xahiş edirik ki,yol hərəkəti qaydalarına düzgün riyaət etsinlər. Özləri ilə yanaşı digər şəxslərin də həyat və sağlamlığına biganə yanaşmasınlar.
Qeyd edək ki, son vaxtlar polis belə şəxslərə qarşı nəzarəti daha da gücləndirib, yəni qazi adından istifadə etmək fikrinə düşənlər bilməlidir ki, onlar bu əməllərinə görə qanuna müvafiq formada məsuliyyətə cəlb olunacaqlar. Onu da deyək ki, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə etmək yol hərəkəti haqqında qanuna görə 60 manat 4 cərimə balı ilə qiymətləndirilir.
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











