Aktrisanın avtomobilinə hücum edən şəxs tapıldı: Bir manat pul istəyirmiş - VİDEO

“Aktrisa Nərgiz Əliyevanın yaydığı görüntülər polis tərəfindən araşdırılıb və müvafiq tədbir görülüb”.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.
O bildirib ki, həmin şəxs müəyyən edilərək saxlanılıb.
Məlum olub ki, həmin şəxs, 1971-ci il təvəllüdlü Sedov Vadim Vyaçeslaloviçdir. O, əvvəllər oğurluğa görə məhkum olunub. V.Sedov polisə izahatında bildirib ki, 15 gün əvvəl, noyabrın 15-də həbsdən azadlığa buraxılıb və maşınlara yaxınlaşaraq sürücülərdən ona bir manat pul vermələrini xahiş edib.
İzahat verən şəxs bildirib ki, N.Əliyevayanın idarə etdiyi avtomobilə yaxınlaşanda məqsədi ona qarşı hansısa xuliqanlıq hərəkət etmək olmayıb, o, yalnız pul istəyirmiş.
Həmin şəxsin əməlləri xırda xuliqanlıq kimi dəyərləndirilib və barəsində toplanmış materiallar məhkəməyə göndərilib.
Son qərarı məhkəmə verəcək.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












