Avtomobillərin qarşısına atılaraq intihar etmək istədi - ANBAAN VİDEO

Belarusiyada magistral yolda avtomobillərin qarşısına atılaraq intihar etmək istəyən şəxs xəstəxanaya yerləşdirilib.
Avtosfer.az xəbər verir ki, paytaxt Minskdə qeydə alınan görüntülər hər kəsin təəccübünə səbəb olub. Belə ki, polis lüks avtomobili ilə magistral yolda həddindən artıq sürətlə hərəkət edən sürücünü təqib edib. Daha sonra sürücü avtomobilini magistral yolun kənarında saxlayaraq yolun ortasına keçib.
O, hərəkətdə olan avtomobillərin üzərinə atlayaraq, intihar etmək istəyib. Nəticədə o, ağır yaralanaraq, xəstəxanaya yerləşdirilib.
Belarus Daxili İşlər Nazirliyi bildirib ki, sürücü narkotikdən istifadə etdiyi üçün polisdən qaçıb, daha sonra isə avtomobillərin qarşısına tullanaraq intihar etməyi hədəfləyib. Xəstəxanada olan şəxsin müalicəsinin davam etdiyi, həyati təhlükəsinin olmadığı bildirilib.
Həmin şəxsin müalicəsi başa çatdıqdan sonra onun ifadəsinin alınacağı, daha sonra isə narkotikdən qurtulması üçün müalicə olunacağı da açıqlanıb.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












