“Azərbaycan polisi kimi polis yoxdur” - Vüqar Muradov "Qaydalar hamı üçündür" dedi - VİDEO - FOTO

Avtosfer.az-la Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin birgə layihəsi olan «Qaydalar hamı üçündür»ün bu həftəki qonağı mügənni Vüqar Muradov oldu. 44 günlük Vətən müharibəsinin iştirakçısı və qazisi olan müğənni sükan arxasında da dövlətin qanunlarına tam şəkildə riayət etməyə çalışır.
«Bizim polisimiz kimi dünyanın heç bir yanında polis yoxdur»- deyən Vüqar Muradov yol polisindən razılığını ağız dolusu dilə gətirərək, onların mərhəmətindən, qadına, qaziyə olan hörmətindən danışdı.
İçkili halda sükan arxasına əyləşənləri «aktiv terrorist» adlandıran müğənni belə zamanlarda sürücülərə taksidən istifadə etməyi tövsiyyə edir: «Mən içəcəyim bir ortama gedirəmsə mütləq taksidən istifadə edirəm. Ayıq sürücü axtarmağa niyə vaxt sərf edim ki».
Motosiklet idarə edən və bir növ sürət «xəstəsi» olan Vüqar Muradovun başına gələn bir hadisə ona elə tövbə etdirib ki, müğənni hətta motosikletini belə satıb: «Qarşıma inək çıxdı, güclə saxladım. O gündən bir də sürətli avtomobil idarə etmirəm».
Günümüzdə «avtoşluq» edənlər, qaydaları pozaraq qazi adından istifadə edib polisin mərhəmətindən yararlanar da az deyil. Vüqar Muradov qazi olmasına baxmayaraq bu barədə danışanda belə çəkinir, nəinki qaziliyini reklam olsun deyə dillərdə dastan eləmək: «Bu, bizim Vətən qarşısında borcumuzdur, bundan istifadə etmək düzgün deyil».
Tanınmış bir sima olaraq Avtosfer.az saytı vasitəsilə sürücülərə səslənən Vüqar hər kəsdən gözəl gələcək üçün səbrli olmalarını istədi: «Gəlin, gözəl bir cəmiyyət yaradaq, birinci özümüzdən başlayaq».
Buyurun, izləyin.
Aysel
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO















