Azərbaycanda şöbə müdiri və qohumuna QƏSD: Avtomobillə vuruldular - ANBAAN VİDEO

Azərbaycanda nəqliyyat vasitəsini qəsdən şöbə müdiri və qohumunun üzərinə sürən şəxsin fotosu yayılıb. Oxu.az hadisəni törədən İsmayıllı rayon sakini Fazil Ağamirzəyevin şəklini əldə edib.
Həmin fotonu təqdim edirik:
***
"VAZ-2107" markalı avtomobilin sürücüsünün yolun əks istiqamətinə çıxaraq qəsdən səki ilə hərəkətdə olan piyadaların üzərinə sürdüyü və onları vuraraq xəsarət yetirdiyi bildirilib. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Hadisənin İsmayıllı rayonunda baş verdiyi bildirilir.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, hadisə noyabrın 28-də saat 16:40 radələrində baş verib: “İsmayıllı rayon sakini Fazil Ağamirzəyev idarə etdiyi VAZ-2107 markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən əvvəlcədən aralarında ədavət olan rayon sakini Elçin Abbasov və onun qohumu Rövşən Əzizovun yolun əks istiqamətindəki səkidə piyada hərəkətdə olduğunu görüb və nəqliyyat vasitəsini qəsdən onların üzərinə sürüb. Nəticədə hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib”.
M.Məsimov qeyd edib ki, faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma-ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, F.Ağamirzəyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Qeyd edək ki, E.Abbasov İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin müdiridir.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












