Bakıda "avtoş" qəza törətdi: maşını atıb qaçdı - VİDEO

Bakının "islah olmayan" "avtoşu" yenidən meydana çıxıb. 90 OP 027 dövlət nömrə nişanlı, VAZ 21 07 markalı avtomobilin sürücüsü bu dəfə paytaxtın Babək prospektində qəza törədib. Noyabrın 26-da avtoxuliqanlıq hərəkətləri edən zaman yol-nəqliyyat hadisəsi baş verib. Sürücü avtomobili hadisə yerində ataraq qaçıb.
Qeyd edək ki, bu sürücü barəsində dəfələrlə şikayətlər olub.
Əsasən gecə saatlarında avtoxuliqanlıq edir. Musiqiyə yüksək səs verərək avtomobil ilə təhlükəli manevrlər edir. Həmçinin dəfələrlə digər sürücüləri təhlükəyə atır. Belə ki, əks yola çıxaraq yüksək sürətlə digər maşınları çaşdırır. Sürücü bütün bu hərəkətlərini çəkərək "Instagram" hesabında yerləşdirir. Həmçinin hesabında içki, narkotik kimi zərərli vərdişləri təbliğ edir.
Avtosfer.az bildirir ki, dəfələrlə yol polisi tərəfindən saxlanılaraq inzibati qaydada cərimə olunsa, həbs edilsə, sürücülük hüququ məhdudlaşdırılsa da sürücü islah olmur.
Həmçinin yol polisi tərəfindən saxlanılan zaman lezva çıxardaraq özünə xəsarət yetirir. Artıq o həddə çatıb ki, insanlar bu şəxsin əlindən təngə gəlib. Əslən Ağcabədi rayonundan olan Zahir adlı bu şəxs öz əməllərindən əl çəkmək istəmir. Əksinə hər dəfə cərimə olunduqdan sonra avtomobildə yenidən konstruksiya dəyişikliyi edir, daha kobud şəkildə qaydaları pozur. Görünür ki, inzibati həbs və cərimələr bu şəxsə təsir etmir. Yəqin ki, hüquq mühafizə orqanları bu şəxs barəsində daha ciddi şəkildə ölçü götürməlidir. Çünki vaxtında qarşısı alınmazsa ağır nəticələrə səbəb ola bilər. Sürücünün törətdiyi əməllərdən ibarət videomaterialı təqdim edirik:
Fərid
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












