Bakıda zibil atanı avtomobil vurdu: sürücü qaçdı, nömrəsi qaldı... - VİDEO

Bakının Sabunçu rayonunda yaşayan şəxsi yaşadığı məhəllədə avtomobil vurub.
APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.
26 yaşlı İsmayılov Seymur Sabir oğlu 137 nömrəli orta məktəbin yaxınlığında yaşadığı evdən çıxaraq məişət tullantısını atmaq üçün zibil qutularına yaxınlaşıb. Həmin an yüksək sürətlə gələn “Mercedes-Benz” markalı avtomobil onu vurub.
Sürücü hadisə yerinə baxdıqdan sonra ərazidən uzaqlaşıb. Yaralı qonşuların köməkliyi ilə 3 saylı Şəhər Xəstəxanasına çatdırılıb.
Xəstəxananın növbətçi həkiminin verdiyi məlumata görə, S.İsmayılov baş-beyinin əzilməsi, qapalı kəllə-beyin travması, döş qəfəsi və bud sümüyünün əzilməsi diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə yerində qonşular həmin avtomobilin dövlət qeydiyyat nişanını tapıb. Məlum olub ki, qəzanı törədən 90-LF-460 dövlət nömrə nişanı olan avtomobildir. Maddi sübut kimi tapılan dövlət nişanı Sabunçu Rayon Polis İdarəsinə təhvil verilib.
Fakt polis idarəsində araşdırılır.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












