Yük maşını tanınmış təlimçinin avtomobilini belə vurdu - FOTO - VİDEO

Tanınmış avtomobil təlimçisi Arzu Babazadə qəzaya uğrayıb. Bu barədə Avtosfer.az-a o, özü məlumat verib. Bildirib ki, dünən axşam saat 22:30 radələrində Ziya Bünyadov prospektində (Çermet körpüsünün üstü) 90 NA 045 dövlət nömrə nişanlı, "HOVO" markalı yük maşını onun avtomobilini arxadan vurub. "Aşağı sürətlə hərəkət edirdim. Sürətim 50 km/saat olardı. Qarşıda tıxac olduğunu müşahidə etdim. Sürəti əlyəc vasitəsiklə aşağı saldım. Mənim arxamda bir avtomobil, onun arxasında isə PPX maşını var idi. PPX-nın arxasındakı yük maşını PPX maşınına "miqat" edirdi. Mənim arxamdakı maşın zolağı tərk etdi. Yük maşını PPX maşınını arxadan sıxırdı. Nəhayət ki, PPX maşını da zolaqdan çıxdı. Qarşıda "Toyota" maşını var idi və sürət həddi 24 km\saat olardı. PPX zolağı tərk edən kimi yük maşını məni arxadan vurdu. Qeyd edim ki, qarşıda qəza baş vermişdi və tıxac yaranmışdı."
Təlimçi qeyd edir ki, yoxlama zamanı sürücünün içkili və ya narkotik maddənin təsiri altında olmadığı aşkarlandı. "Sadəcə başa düşə bilmirəm ki, qarşıda tıxacın olduğu gördüyü halda niyə bu addımı atdı. Yəqin ki, başı telefona qarışıq olub."
Arzu Babazadə deyir ki, hadisə yol polisi tərəfindən araşdırılıb və qiymət verilib. "Maşınıma 6000 manatadək ziyan dəyib. Eyni zamanda bilirsiniz ki, mən təlimçiyəm və tələbələrim var. Vergi ödəyicisiyəm. Maşından əlavə mənim özümə də maddi ziyan dəyib. Məhkəmə qaydasında onu da təmin edəcəyəm."
Qeyd edk ki, hadisə yerinə 16-cı polis bölməsinin əməkdaşları gəlib. Qəzanın aradan qaldırılımasında sürücüyə kömək ediblər.
Orxan
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO













