Bakıda yolu qaçaraq keçən qızı maşın belə vurdu - ŞOK REAL VİDEO

Son aylarda piyadaların öülümü ilə nəticələnən qəzaların sayı artıb. Avtosfer.az xəbər verir ki, Dövlət Yol Polisi dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq yenə məsuliyyətsiz sürücü və piyadaların ucbatından qəzaların sayı artıq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis moyoru Araz Əsgərli Avtosfer.az-a bildirib ki, maarifləndirmə işlərinin daha da gücləndirilməsi məqsədilə tədbirlər davam edir. "Amma görünən odur ki, piyada və sürücü məsuliyyətsizliyi hələ də qalmaqdadır. Odur ki, piyadavurmalarla bağlı real videogörüntülərin sizin tərəfinizdən yayılması təqdirəlayiqdir. Çünki belə bir deyim var ki, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır."
Nəqliyyat eksperti Elməddin Muradlı bu cür qəzaları şərh edərəkən qeyd edib ki, piyadalar keçidi görəndə elə bilirlər ki, yol hər zaman onlarındır. "Məsələn bu videoda nizamlanan piyada keçididir. Qarşı tərəfdəki piyadalar gözləyir. Xanım isə yolda yaranmış ani boşluqdan istifadə edərək yolu keçməyə çalışır. Özü də yolu qaçaraq keçir və anidən sürücünün qarşısına çıxır. Piyadalara müraciət edərək bir daha qeyd edirik ki, yolu keçən zaman tamamilə diqqətli olmaq, avtomobilin dayandığına əmin olmaq zəruridir."
Avtosfer.az olaraq biz də bu cür qəza videolarını yaylmaqla piyadaları əyani şəkildə təhlükədən xəbərdar etmək istəyirik. Baxın və nəticə çıxarın.
Orxan
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












