Bir ayağı olmadan maşını nömrəsiz 160-la sürən Qarabağ əlili; 5700 manatlıq cərimə - VİDEO

Nömrəsiz, hər tərəfi qara plyonka ilə örtülü olan “Naz Lifan” markalı avtomobillər şəhərdə şütüyür. Onların sırasında başqa markalı avtomobillər də var. Amma daha çox “Naz Lifan”lar diqqət çəkir. Çünki onlar məhz Qarabağ əlillərinə verilib və cəmiyyət onların qanunsuz hərəkətlərinə artıq göz yuma bilmir. Vətəndaşlar bu avtomobillərin sürücülərindən şikayət edirlər. Dəfələrlə Avtosfer.az-a da bu barədə şikayətlər daxil olub.
Məlumdur ki, bu maşınları sürənlər müharibə iştirakçıları və əlillərdir. Dövlət Yol Polisi də bu şəxslərə müəyyən güzəştlər edir, diqqət və qayğı göstərir. Amma bundan sui-iftifadə halları olduqca çoxdur.
Məsələn, sürücü Tanrıverdi Məmmədov 10 KT 238 dövlət nömrə nişanlı, “Naz Lifan” markalı avtomobili idarə edir. Sürücünün nə az, nə çox düz 5751 manat cərimə borcu var. Avtosfer.az-a danışan sürücü deyir ki, cərimələrin böyük əksəriyyəti sığorta və texniki baxışa görə yazılan protokollardır.
Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət bölüyünün əməkdaşları onun avtomobilini saxlayıb və özü ilə proflaktiki söhbətlər aparıb.
Eyni zamanda ekspert Elmıddin Muradlı da sürücü ilə danışıb. Sürücü etiraf edib ki, illərdir texniki baxışdan keçməyib və avtomobili sığorta etdirməyib.
İlk baxışdan bu, sadə görünə bilər. Amma hansısa qəza baş verərsə o zaman qarşı tərəfə dəymiş ziyanı kim ödəyəcək? Özünün 5751 manat borcu olduğu halda Tanrıverdi Məmmədovun bunu ödəməsi mümkünsüz görünür.
Digər bir sürücünü də yol polisi saxlayıb və proflaktiki söhbət aparır. Bir ayağı olmayan sürücü özü etiraf edir ki, avtomobili saatda 160 km sürətlə idarə edir. Nömrəni də cərimədən yayınmaq üçün çıxardıb.
Təbii ki, dəfələrlə DYP bu barədə sürücülərə müraciətlər edir. Anlaşılandır ki, bu şəxslərin Vətən qarşısında xidmətləri olub. Amma nəzərə alsaq ki, əksəriyyəti Birinci Qarabağ savaşının iştirakçılarıdır, o zaman 44 günlük müharibədə qalib olan qazilər nə etməlidir? Onlar heç bir qayda-qanuna əməl etməməlidirmi?
Düşünürük ki, bütün bunlar tamamilə yalnış düşüncədir.
Sürücüləri dindirəndə bu avtomobili Ulu Öndər Heydər Əliyevin, Cənab Prezidentin onlara verdiyini deyirlər. Amma deyəsən həmin sürücülər Ümummilli Liderin “Hamı qanuna tabe olmalıdır. Heç kəs qanunu pozmamalıdır. Heç kəs özü üçün müstəsna hüquq tələb etməməlidir. Heç kəsin haqqı yoxdur. Heç kəs deyə bilməz ki, mənim filan vaxt filan xidmətim olub, meydanda çox qışqırmışam, yaxud, az qışqırmışam və mənim ixtiyarım var qanunu pozmağa. Yoxdur!” sözlərini unudublar.
Orxan
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
















