Maşınla dənizə girib oyun çıxaran “avtoş”lar, belə edəndə ağlınız artır? – Kamil Zeynallı - VİDEO

Avtosfer.az-la Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin birgə layihəsi olan “Qaydalar hamı üçündür” layihəsinin bu həftəki qonağı tanınmış məşqçi Kamil Zeynallı oldu.
Pandemiya və müharibə dövründə daha çox xeyriyyə işlərilə məşğul olan Kamil son zamanlar çəkdiyi nümunəvi videoları ilə də gündəmi məşğul edir. Ən son çəkdiyi videoların birində idmançı "fi-fa" siqnallarına qarşı çıxmışdı. Elə buna görə də o, çoxlarının iradlarına tuş gəlib; “Mənə çox adam dedi ki, başın ağrıyacaq, sənə lazımdı? Qanunlara uyğun hərəkət edirsənsə heç nədən qorxmağa ehtiyac yoxdur”- deyə vurğulayan Zeynallı bir daha bu siqnalların evdə yatan yaşlılara, uşaqlara, xəstələrə pis təsir etməsindən danışıb.
İnsanlara yaxşı örnək olmağa çalışan Kamil Zeynallı bir zamanlar özünün də pozduğu qaydaları və qarışdığı davaları xatırlayanda hələ də çox utanır;
“Qolun güclüdürsə o demək deyil ki, kimdən xoşun gəlmədi vura bilərsən. Bu çox ayıb bir hərəkətdir. Yadıma düşəndə xəcalət çəkirəm”. Tanınmışlığın və xeyriyyəçiliyin məsuliyyətini çiyinlərində daşıyan idmançı hər hərəkətində nümunə olmağa çalışdığını da bildirib. Yollarda demək olar ki, addımbaşı insanların rəğbəti ilə qarşılaşdığından artıq onun səhv etmək şansı da azdır.
Kamil Zeynallı formalaşmaqda olan piyada mədəniyyətindən danışarkən bəzi insanların sürücüləri qəzəbləndirdiyini də vurğulayıb;
“Piyadaya yol veririksə o, demək deyil ki, o nazlana-nazlana yol keçməlidir”.
Çimərliyi “avtoşou meydançası”na çevirən sürücülər qayda pozmaqla yanaşı Kamil Zeynallı kimi bir çoxlarını da qəzəbləndirir. Zeynallı düşünür ki, belə “avtoş”lar sadəcə qızlara özlərini göstərmək üçün dənizə avtomobillə girir;
“Dənizə avtomobili ilə girən “Niva”, “VAZ” sürənlər, siz bu hərəkətlə nə demək istəyirsiz, bomba oğlansız, ağlınız artır”?
Bu gün elə bir sürücü yoxdur ki, Bakıda parklanma məsələsi onu narahat etməsin. Kamil Zeynallı da bu problemdən danışarkən dərin ah çəkərək mövzuya münasibət bildirməli olub”.
“Restorandan ailəni götürməyə gedirsən iki dəqiqədə cərimə yazılır. Parklanma yerlərində insanları incidirlər”.
Sonda Kamil hər kəsə mənzil başına salamat çatmağı arzulayıb;
“Sükan arxasında əyləşərkən unutmayın ki, sizi evdə gözləyən var”.
Aysel
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO
“Gözüyumulu” ötmə edən sürücü qəzadan son anda yayındı - VİDEO
“Bolt”a daxil olan şikayətləri “Müştəri Dəstəyi” komandası necə araşdırır? – AÇIQLAMA - VİDEO
Əks yola çıxıb qarşıdan gələn sürücüyə qorxulu anlar yaşatdı - 90-OG-543 - VİDEO
Qubada qayda pozan sürücü az qala qəza törədəcəkdi - ANBAAN VİDEO
Hövsanda motosiklet sürücüsündən “ölüm şousu”: Az qala yük maşınına çırpılacaqdı - VİDEO
“Range Rover” sürücüsündən təhlükəli hərəkət: Maşını qapısı açıq sürdü - 90-AZ-173 - VİDEO
Oturacağı yandırdılar, saqqız yapışdırdılar – Sürücü sərnişinlərin avtobusda nə etdiklərini paylaşdı – VİDEO
Bakıda qadın azyaşlı uşağı motosikletdə belə apardı – TƏHLÜKƏLİ ANLAR - VİDEO
Bu ərazidə yolun yaş olması təhlükə yaradır – Yük maşını az qala qəzaya düşəcəkdi - VİDEO
Bir il əvvəl düzənlik idi, indi nəhəng metro deposudur – Dərnəgüldə böyük DƏYİŞİKLİK – VİDEO














