"Elə dövlət işçisi tanıyıram ki, bahalı maşını var, amma "Niva"nın qabağını qaldırıb sürür" - Müşviq Şahverdiyev

Avtosfer.az-la Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin birgə layihəsi olan «Qaydalar hamı üçündür»ün bu həftəki qonağı aktyor Müşviq Şahverdiyev oldu. Şən zarafatları, yumor dolu filmləri, tamaşaları ilə insanları güldürməyi bacaran aktyor yollara çıxarkən çox gərgin olur. Aktyor bildirir ki, yayın istisində çəkilişlər etmək onsuzda çətindir, bir də bu yollardakı vəziyyət onu lap hövsələdən çıxarır. Müşviq Şahverdiyev piyadalar mövzusunda da çox həssasdır. Adətən sürücülər çox zaman piyadaları günahlandırır, amma o, düşünür ki, hər bir sürücü piyada zolağına çatanda yavaşlamalıdır:
«Bizim ailəmiz də evdən çıxıb yollarda piyadaya çevrilir, bizim kimi bir sürücü ona yol verməyib vursa necə olacaq. Piyadalara yol vermək lazımdır».
Parklanma məsələsi kimin yaralı yeri deyil ki, Müşviqin də olmasın:
«İki maşının yerini tutur, səliqəli saxlamır, bu zolaq kiminçün çəkilib görəsən». Aktyor avtomobili çox hövsələ ilə idarə edir, o, yalnız rayon yollarında sürətli sürdüyünü bildirir. Şəhərdə özünü göstərənlərə isə heç cürə haqq qazandıra bilmir:
«Təzə bulvarın yanında özlərini göstərib 200-lə sürənlər çoxdu, nə mənası var axı. Özünüzü də bədbəxt edəcəksiz başqasını da». Önü qaldırılan «Niva»ları sürənlər isə başqa bir dünyadır. Aktyor onların da bu işdən nə zövq aldığını anlamır. O, deyir ki, bəlkə də deyəcəklər sən hardan biləsən bunun ləzzətini, amma inanın ki, əsl ləzzət komfortlu bir avtomobildə, kondisionerdə əyləşib, keyflə yol getməkdir.
Müşviqi tanımayan bir azərbaycanlı ola bilməz, elə ona görə də o, yollarda da tanınmışlığının faydalarından çox yararlanır:
«Bir də görürüsən düşür arxamca yanıma çatanda istəyir səsini qaldırsın, deyir ooo Müşviq bəy, bir az ehtiyyatlı ol da çıxmışdın üstümə, sonra da başlayır filmlərimdən danışmağa və unudulur hır sey».
Sürücülərin səbrsizliyindən şikayətlənən aktyor sonda onlara çoxlu səbr arzuladı.
Buyurun izləyin.
Aysel
Masazırda sürücülər əks yola axışdı: Maşınlar yaşıl işıqda belə keçə bilmədi - VİDEO
Bu şəxsi görənlər diqqətli olsun: Dələduzluqla məşğuldur - VİDEO - FOTO
Piyada keçidində qayda pozan sürücü qarşıdakı maşını belə vurdu - DİN-dən VİDEO
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO
“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı - 10-RR-662 - VİDEO
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO















