Minik, yoxsa yük maşını? - Təhlükə yaradan sürücü - VİDEO

Sürücü minik avtomobilinin üzərində daşıdığı yük ilə yolda olan digər sürücülər üçün təhlükəli vəziyyət yaradıb. Təsəvvür edin, avtomobilin üzərində daşınan yüklər yəni armaturlar o qədər uzun olub ki,sürücü həmin armaturları maşının üzərində yolun asfalt hissəsinə sürtə-sürtə aparıb. Qaydaları pozan həmin sürücünü hansı cəza gözləyir ?
Avtosfer.az xəbər verir ki, minik avtomobilinin üzərində təxminən 8-10 metr uzunluğunda olan metal yükü daşıyır.Arxada hərəkətdə olan avtomobilin sürücüsü isə bu təhlükəni nəzərə alıb ara məsafəsi saxlayaraq hərəkət edir...
50 DU 695 dövlət qeydiyyat nişanı olan minik avtomobilinin sürücüsünün pozduğu bu qayda pozuntusu Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Çinartala kəndindən keçən hissəsində qeydə alınıb.
Avtomobillərin daha çox istifadə etdiyi bu yolda sürücünün bu hərəkəti təhlükəli vəziyyət yaradıb.Həmin sürücü avtomobilin üzərində uzunluğu təxminən 8-10 metr ölçüdə olan artmaturları asfalat yolun üzərinə sürtə-sürtə aparır.Görüntülərdən də aydın görünür ki,həmin armaturlar hər an yolun hərəkət hissəsinə dağıla və digər sürücülər üçün təhlükəli vəziyyət yarada bilər.
Qeyd edək ki, bu formada yük daşımayan sürücülər 40 manat cərimə olunurlar.
Leyla
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












