Özünü maşına sürtüb pul almaq istəyən şəxs belə döyüldü - ŞOK +18 VİDEO - AÇIQLAMA

Avtosfer TV 28 Oktyabr 2021 13:30 Oxunub 2108
Özünü maşına sürtüb pul almaq istəyən şəxs belə döyüldü - ŞOK +18 VİDEO - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli yayılan videonun köhnə olduğunu, amma bu cür vəziyyətdə belə şantajlara və qanunsuz yanaşmalara alət olmamaq üçün qanunvericiliyin tələblərini və atılmalı olan hüquqi addımları izah edib: “Yol-nəqliyyat hadisəsi baş verdikdə, xüsusən də xəsarət halı olduqda, sürücü yol polisini hadisə yerinə çağırmalı və polisə verdiyi ilkin məlumatda xəsarətin olması vurğulanmalıdır. Əgər zərurət varsa, əraziyə təcili tibbi yardım maşını çağırmalı, yaxud da zərərçəkmişi təxirə salınmadan xəstəxanaya aparmalıdır.

Bu, gələcəkdə aparılacaq prosessual araşdırmada sürücünün məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. Daha sonra məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, aparılan araşdırma prosesinin istiqaməti müəyyən edilir.

Ekspertizanın rəyinə uyğun olaraq – dərəcəsi təyin olunmayan, yüngül, az ağır və ağır xəsarət qeyd edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinə görə, az ağır və ağır xəsarət cinayət məsuliyyəti ilə tənzimlənir. Yüngül xəsarət İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə uyğun olaraq 200 manat cərimə və yaxud məhkəmə tərəfindən bir ilədək sürücülük vəsiqəsindən məhrum olunmasını nəzərdə tutur.

Dərəcəsi təyin olunmayan xəsarət yerinə yetirilibsə, o zaman məsələyə yol hərəkəti əleyhinə edilən hər hansı qayda pozuntusu edilibsə, ona uyğun olan maddə ilə barəsində inzibati tənbeh tədbiri seçilir. Misal üçün, piyada keçidində piyadaya yol verməyibsə, sürücü 330-cu maddə ilə 50 manat cərimə olunur.

Bütün bunlarla bağlı isə əvvəlcədən hadisədə xəsarətlə bağlı verilən məlumata əsasən ibtidai istintaq araşdırılması aparıldıqdan sonra qərar verilir. Yəni vaxtında polisdən gizlədilməyən informasiya sürücünü, eləcə də piyadanı əlavə söz söhbətdən və lüzumsuz hərəkətlərdən bir növ sığorta edir”.

O qeyd edib ki, zərərçəkmiş şəxs şikayətçi olmasa belə, bunun üçün sürücü hadisə ilə bağlı məlumatı polisə aidiyyəti üzrə ərizə yazmaqla bildirməlidir:

“Bu, sürücünü gələcəkdə heç bir mənəvi və hüquqi dəyərlərə hörmət etməyən şantajçıların şər və böhtanından qoruyur. Mülki qanunvericilikdə o da qeyd olunub ki, həqiqətən hadisə baş veribsə, zərərçəkmiş dəymiş ziyanla bağlı təqsirkar tərəfdən pul tələb edə bilər.

Lakin zərərin dəyəri sübuta yetirilməlidir, sığorta öhdəliyi olduqda bu zərər sığortanın ayırdığı vəsaitlə zərərçəkmişi qane etmədikdə isə mülki qaydada məhkəmə mübahisələndirilməsi aparılmaqla edilə bilər. Bu proses isə sırf məhkəmələrin səlahiyyətindədir”.

A.Əsgərli qeyd edib ki, bu kimi hallarda sürücülər DİN-in “102” Zəng Mərkəzinə təxirə salmadan zəng etsin və məsələ barədə dərhal məlumat versin ki, araşdırmanın “isti izlər”lə aparılması polis tərəfindən təmin edilsin:

“Bir sözlə, sürücülər videodan da göründüyü belə mənəviyyatsız addımlar atan işbazların oyununa inanmasınlar, hadisə baş verən kimi dərhal hadisə yerinə polis əməkdaşlarını dəvət etsinlər!”.

***

Sosial şəbəkələrdə özünü maşına toxundurub sürücülərdən pul qopartmaq istəyən şəxsin videosu yayılıb. Avtosfer.az xəbər verir ki, ortayaşlı adam dayanacaqda durub. Avtomobilin yaxınlaşdığını görərək özünü maşına sürtür. Guya onu avtomobil vurubmuş kimi hərəkət edir. Sonradan maşında videoqeydiyyatçı olduğunu görən kimi "fikrini dəyişir." Sürücü isə ona əvvəl iradını bildirir. Ardınca isə söhbət söyüşlü mübahisəyə çevrilir. Əsəbləşən sürücü insanları aladaraq pul qoparmaq istəyən şəxsi döyür. 

Qeyd edək ki, paytaxtda son zamanlar bu cür şəxslər çoxalıb. Sürücülərin bundan qorunmaq üçün videoqeydiyyatçıdan istifadə etmələri tövsiyə olunur. Bu həm müxtəlif qəzalarda, həm də belə hallarda sizin köməyinizə çata bilər. Videonu təqdim edirik.

Qeyd edək ki, videoda qeyri-etik ifadələr var və oxuculardan buna görə əvvəlcədən üzr istəyirik. 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh