Piyada yolu elə keçir ki, elə bil, küçənin behini verib- Coşqun Viləş «Qaydalar hamı üçündür» dedi - VİDEO - FOTO

Avtosfer.az-la Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin birgə layihəsi olan «Qaydalar hamı üçündür» layihəsinin növbəti qonağı müğənni və aktyor Coşqun Viləş oldu.
Hər bir tanınmış insan yollarda həm də tanınmış bir sürücüyə çevrilir. Elə məhz bu səbəbdən onlar yollarda da göz önündə, diqqət mərkəzindədirlər. Tanınmışların səhv etmək şansı da digərlərinə baxanda çox azdır. Coşqun Viləş etdiyi səhvi bu gün də xatırlayanda utancından üzü qızarır:
«Səhv məndə ola-ola taksi sürücüsünün üstünə qışqırdım. Yadıma düşəndə o hərəkətimdən hələ də çox utanıram».
Yollarda hər şey səhnədə olduğundan daha çətindir. Çünki idarəsi itirilən avtomobil bir anda, bir saniyədə həm sürücünün, həm də başqalarının həyatını məhv edə bilər. Səbrli bir sürücü olduğunu söyləyən Coşqun Viləş qayda pozanlardan danışanda da təmkinini əldən vermir:
«Sol zolaqda 40-la gedir, əlində də telefon, hələ üstəlik əlini də çıxarıb «get də» deyir.
Piyadaların yolu keçməsindən tutmuş, avtobusların dayanacaqdan kənarda saxlamasına, taksilərin parklanma yerlərini zəbt etməsinə qədər bir çox mövzulara toxunan müğənni fikirlərini və iradlarını bildirməyi unutmadı.
Coşqun Viləş Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov başda olmaqla bütün yol polislərindən də razılığını dilə gətirdi:
«Mən Vaqif müəllimin xətrini çox istəyirəm, o heç kimin qəlbini qırmır».
Bu gün daha çox aktyorluğu ilə gündəmdə olan Coşqun Viləş sonda tanınmış bir sima olaraq sürüclərə yollarda uğur arzuladı.
Aysel
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO

















