SOCAR elektrik mühərrikli avtomobillər üçün imkanları genişləndirir - VİDEO

“SOCAR PETROLEUM” QSC və “CZAR İNTERNATİONAL” şirkətinin birgə layihəsi çərçivəsində “SOCAR” brendli yanacaqdoldurma məntəqələrində elektromobillərin şarj olunması üçün avadanlıqların quraşdırılmasına start verilib. Avtosfer.az xəbər verir ki, bu avadanlıqlar ilk olaraq Salyan şosesində, Bibiheybət məsçidi yaxınlığında yerləşən “SOCAR” YDM-in ərazisində quraşdırılıb. Yeni quraşdırılmış şarj məntəqəsində eyni vaxtda iki elektromobil şarj edilə bilər. 20 kvt gücə malik bu şarj avadanlığı vasitəsilə avtomobillər maşının marka və modelindən asılı olaraq, 30-60 dəqiqə ərzində tam şarj olunmaq imkanı əldə edəcəklər.
Cari ilin sonunadək Abşeron yarımadasında və Siyəzən, Qusar, Şamaxı, Şəki, Goran, Hacıqabul, Qobustan, Salyan, Lerik, Şuşada “SOCAR” brendi ilə fəaliyyət göstərən bütün YDM-lərdə “CZAR İNTERNATİONAL” markalı şarj avadanlıqları quraşdırılaraq istehlakçıların istifadəsinə veriləcəkdir. “CZAR İNTERNATİONAL” şirkəti layihə çərçivəsində ölkəmizdə elektrikli avtomobillərin satışını həyata keçirməklə yanaşı texniki servis fəaliyyəti də, göstərəcəkdir. Beləliklə, bu layihənin reallaşması Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in biri olan “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioritetindən irəli gələn tədbirlərə öz tövhəsini vermiş olacaqdır.
Qeyd edək ki, “CZAR İNTERNATİONAL” 2014-cu ildə Sinqapurda yaradılmış və “LİNGSTAR”-şirkətinin Azərbaycan və Gürcüstan bazarlarında eksklüziv distributorudur. “CZAR İNTERNATİONAL” nəqliyyat sektorunda və kənd təsərrüfatında eko-texnologiyaların tətbiqi ilə məşğul olan şirkətdir. Hal-hazırda şirkət Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Azərbaycanda fəaliyyət göstərir.
“SOCAR PETROLEUM” QSC Azərbaycan ərazisində neft məhsullarının alqı-satqısının təşkil edilməsi və çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 2008-ci ildə təsis edilmişdir. Şirkətin ilk yanacaqdoldurma məntəqəsi 2010-cu ilin mayın 7-də açılıb. Şirkətin 39 yanacaqdoldurma məntəqəsi və 11 neft məhsullarının saxlama terminalı, 1 sıxlaşdırılmış təbii qaz terminalı və 9 CNG stansiyası fəaliyyət göstərir. SOCAR PETROLEUM-da 2000 nəfərdən çox işçi çalışır.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












