Sürücü maşının başına "oyun açıb", özü də yol polisindən narazıdır - FOTO

Bakıda yol polisi tərəfindən saxlanılan sürücü sosial şəbəkədə məlumat yayıb. Əziz Ağalarov adlı sürücü yaydığı məlumatda qeyd edib ki, idarə etdiyi “VAZ-2105” markalı 10-NV-579 qeydiyyat nişanlı avtomobillə paytaxtın Heydər Əliyev prospektində hərəkət edən zaman, yol polisi əməkdaşı onu saxlayaraq heç bir səbəb olmadan avtomobili mühafizə olunan duracağa aparıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinn bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, avtomobil səbəbsiz yerə dayandırılmayıb: “Təqdim etdiyimiz fotolara baxan zaman aşkar şəkildə görünür ki, avtomobilin konstruksiyasına bir neçə dəyişiklik edilib. Belə ki, qeydiyyat nişanı nəzərdə tutulmayan yerə təhkim edilib, arxanı göstərən güzgülər banın digər yerinə bərkidilib, disk və təkər ölçüsünü dəyişməklə normativ tələblər pozulub, ötürücülər qutusunun başlığı dəyişdirilib, o cümlədən avtomobilin asqı sisteminə müdaxilə edilərək yer səthinə yaxınlaşdırılıb. Eyni zamanda avtomobilin oturacaqlarını və təhlükəsizlik kəmərlərini dəyişərək konstruksiyaya müdaxilə edib. Bununla yanaşı dilimizə uyğun olmayan yazıların avtomobilin arxa şüşəsində olması da müəyyən edilib”.
“Sizin vasitənizlə bu avtomobilin sürücüsü Əziz Ağalarovun bir daha nəzərinə çatdırırıq ki, onun yazdığı və göstərdiyi arqumentlərin heç bir öz əksini tapmayıb”- deyə Vaqif Əsədov bildirib
.jpg)

.jpg)
.jpg)

.jpg)

Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












