Toy karvanında “oyun çıxaran” “Niva” sürücüsü qarşıdakı maşını qəsdən vurdu - VİDEO

Son günlər toy karvanlarında baş verən qəza xəbərləri gündəmi məşğul etməkdədir. Bu dəfə baş verən hadisə ciddi bir qəza olmasa da, səbəbkar toy karvanlarını yasa çevirə biləcək potensiala sahib bir sürücüdür. Avtosfer.az bildirir ki, toy karvanında iştirak edən 99-DG-595 nömrə nişanlı “Niva” markalı avtomobilin sürücüsü digər sürücülərlə zarafatlaşarkən ara məsafəsi saxlamadığından qarşısındakı “VAZ 21015” markalı avtomobili arxadan qəsdən vuraraq onun nömrə nişanını əzib, buferini zədələyib.
İdarə etdiyi “Niva”nın önünü qaldıraraq onsuz da qayda pozan sürücünün avtomobilinin arxasındakı əziyindən də bəllidir ki, bu, onun ilk qəzası deyil.
Qeyd edək ki, elə ötən həftə bir neçə toy karvanı belə sürücülərə görə yasa çevrilmişdi. Yol polisi daim sürücüləri toy karvanlarında nizam-intizama əməl etməyə səsləyir. Qayda pozanları isə elə yerindəcə cəzalandırır.
Aysel
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












