Bakının gecə "avtoşları" yenə iş başında - Yenə "07" - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdə VAZ-2107 markalı avtomobilin sürücüsünün avtoxuliqanlıq etdiyi açıq-aşkar görünür.
Ümumiyyətlə avtoxuliqanlıq edən sürücülər nəinki öz həyatlarına, eləcə də digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradırlar. Sürücülərin bu kimi davranışlara yol verməməsi üçün Dövlət Yol Polisi tərəfindən dəfələrlə maarifləndirici məlumatlar paylaşılıb, profilaktik söhbətlər aparılıb. Lakin görünən odur ki, hələ də sürücülər avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını pozmaqda davam edirlər.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinə (Avtoxuliqanlıq) əsasən, avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verən sürücüləri nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 manatdan 750 manatadək cərimə gözləyir. Və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 15 gündən bir ayadək müddətə inzibati həbs cəzası düşür.
Oxu.Az
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












