"Xəstəm var, tələsirdim" deyən moped sürücüsü həbs edildi - VİDEO

Dünən Zərifə Əliyeva küçəsində, Neftçilər prospektində moped idarə edərkən dəbilqədən istifadə etməyən sürücü iki yol polisi əməkdaşının saxla işarəsinə tabe olmayıb. Dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qaçmağa çalışan sürücünü yol polisi əməkdaşları Kukla teatrının yanında saxlayıblar.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, sürücü təhlükəli manevrlər edib polisin qanuni tələblərinə əməl etmədiyi üçün barəsində toplanmış materiallar Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə göndərilib. Araşdırma zamanı məlum olub ki, 22 yaşlı Elnur Məlikzadə şirkətlərin birində kuryer işləyir və özü Avtosfer.az-ın əməkdaşı ilə söhbətində etiraf edib ki, yeddi ildir moped idarə etsə də, dəbilqədən istifadə etmir. O, səbəb kimi ürəyi sıxıldığını bildirib.
Qeyd edək ki, Elnur Məlikzadənin iyul ayının 22-sində paytaxtın Neftçilər propektində "Mercedes" markalı avtomobillə toqquşaraq qəza törətdikdən sonra hadisə yerindən qaçaraq yayındığı da yol polisi tərəfindən aşkar edilib.
Bundan əlavə sürücü barəsində polisə ünvanlanan çoxsaylı şikayətlər və toplanmış materiallar Səbail rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü Elnur Məlikzadə 20 gün müddətinə inzibati qaydada həbs olunub.
Təbriz
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO













