Xırdalanda piyada səkisi qazılıb - Sakinlər avtomobil yoluna çıxmaq məcburiyyətindədirlər - VİDEO

Abşeronda, Xırdalan şəhərinin mərkəzi küçəsində piyada səkisi qazılaraq ləğv edilib.
Avtosfer.az Xəzər TV-yə istinadən bildirir ki, sakinlər iddia edirlər ki, bunu orada inşa edilən yeni binanın rəhbərliyi edib. Bildirilir ki, bina rəhbərliyinin göstərişi ilə piyadalar üçün salınan səki qazılaraq obyektlərə birləşdirilib. Yəni həmin yola düşən hissə qanunsuz olaraq genişləndirilib. Bu yoldan istifadə edən sakinlər isə məcburiyyət qarşısında qalaraq avtomobil yoluna çıxırlar.
Qazıntı işlərinin həqiqətən də sözügedən MTK tərəfindən həyata keçirilib-keçirilmədiyini öyrənmək üçün şirkətin rəhbərliyini axtarsaq da, ofisində tapa bilmədik.
Məsələdən Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi isə xəbərsizdir. Əməkdaşlarımızın məlumatından sonra Memarlıq şöbəsinin müdiri Şahin Bayramov "Xəzər Xəbər"ə bildirdi ki, MTK rəhbərliyi qanunsuz olaraq qeyri-iş günündən istifadə edərək həmin ərazidə qazıntı işləri aparıb.
Piyada səkisi bərpa edilənə kimi sakinlər avtomobil yolundan keçməyə məcburdur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












