İlham Əliyev FƏRMAN İMZALADI

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş” təsdiqlənib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, 2026-cı il iyunun 22-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş” təsdiq edilib.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərməlidir.
Dövlət başçısınım imzaladığı digər Fərmana görə, 2026-cı il iyunun 22-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərməlidir.
Prezidentin daha bir Fərmanına əsasən, 2026-cı il iyunun 22-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərməlidir.
İmzalanan daha bir Fərmana görə, 2026-cı il iyunun 22-də Bakıda imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol” təsdiq edilib.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərməlidir.
Digər Fərmana əsasən isə 2026-cı il iyunun 22-də Bakıda imzalanmış “Аzərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Qida Təhlükəsizliyi Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərməlidir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












