İşdən çıxarıldığına görə rekord məbləğdə müavinət aldı

Böyük Britaniyanın Dövlət Mülki Xidmətinin keçmiş rəhbəri Kris Uormold təxminən 500 min funt sterlinq (655 min dollar) həcmində rekord səviyyədə işdənçıxma müavinəti əldə edib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri razılaşmanın şərtlərinə bələd olan mənbələrə istinadən məlumat yayıb.
O, ölkəsinin ABŞ-dəki sabiq səfiri Piter Mandelsonun Ceffri Epşteynlə əlaqələrinə dair qalmaqal fonunda vəzifəsindən azad edilmişdi.
Sabiq xidmət rəhbərinin 21 ildən artıq iş stajı olan məmurlar üçün nəzərdə tutulan standart ödənişi - 260 min funt sterlinq (340 min dollar) alacağı gözlənilirdi. Lakin Uormold məcburi işdən çıxarılmaya görə əlavə kompensasiya barədə razılığa gələ bilib.
Xəbərdə bildirilir ki, işdənçıxma müavinətinin dəqiq məbləği hökumətin illik hesabatlarında rəsmən açıqlanacaq. Uormold özü bu mövzunu şərh etməkdən imtina edib.
Belə razılaşmalar son dərəcə qeyri-adidir. Buna ən yaxın presedent 2022-ci ildə Böyük Britaniyanın Xəzinədarlıq Departamentinin rəhbəri Tom Skoların Baş nazir Liz Trassın fəaliyyətinin ilk günündə işdən çıxarılmasıdır. Ona istifadə edilməmiş məzuniyyətə görə 122 min funt sterlinq (160 min dollar) daxil olmaqla, 457 min funt sterlinq (598 min dollar) ödənilmişdi.(oxu.az)
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












