Məktəbli formalarının qiymətləri açıqlandı – RƏSMİ

Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov deyib.
Onun sözlərinə görə, bütün model məktəbli formaları hazırdır:
“Bütün mağazalarımız gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Satış mərkəzlərimizdən alınan bütün məktəbli formalarına 1 il zəmanət veririk. 8 mağazamız il ərzində istirahətsiz fəaliyyət göstərsə də, mövsüm indi başlayıb. Kifayət qədər malımız var, istənilən qədər forma istehsal edə bilərik. Bütün model və ölçüləri də mövcuddur”.
E.Əzimov formaların qiymətləri barədə də məlumat verib.
Onun sözlərinə görə, ötən tədris ilində müəyyənləşdirilmiş endirimli qiymətlər olduğu kimi qalır və heç bir dəyişiklik tətbiq edilməyib:
“Oğlanlar və qızlar üçün 26-54 ölçü aralığında qısaqol köynəklər 12 manat, uzunqol köynəklər 14 manat, şalvar və ətəklər isə 15 manat təşkil edir. 30-50 ölçü aralığında nazik jaketlər 20 manat, kapüşonlu jaketlər 25 manat, 26-54 aralığında qalın jaketlər isə 22 manat müəyyənləşib. Bundan başqa, 26-54 ölçüdən böyük – yəni, 56-58-60 ölçü aralığında şalvar, ətək və köynəklərinin qiymətinə artıq parça sərfiyyatı səbəbindən 5 manat əlavə olunur”.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












