Nərimanovda həllini tapmayan YOL PROBLEMİ - VİDEO

Nərimanov rayonunun Rəhim Şıxəliyev küçəsində sakinlərin narazılığına səbəb olan yol problemi hələ də həllini tapmayıb.
Belə ki, təxminən bir il əvvəl ərazidə kanalizasiya xətlərinin yenilənməsi məqsədilə qazıntı işləri aparılıb.
İşlər başa çatdıqdan sonra isə qazılan hissə asfaltlanmayıb və yol əvvəlki vəziyyətinə qaytarılmayıb.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, ərazidə yaranan çökəkliklər avtomobillərin hərəkətini çətinləşdirir. Yağışlı havalarda yol palçığa çevrilir, yay aylarında isə ərazidə yaranan toz sakinlər üçün ciddi narahatlıq yaradır.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, yolun yenidən asfaltlanması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məktub ünvanlanıb. Avtomobil Yolları Dövlət Agentliyindən isə verilən məlumata görə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məsələ ilə bağlı agentliyə hər hansı məktub daxil olmayıb. Agentlikdən əlavə edilib ki, hər hansı qurum ərazidə qazıntı işi aparmazdan əvvəl texniki şərtlərlə bağlı müraciət etməlidir.
Qazıntı işlərini həyata keçirən qurum isə işlər başa çatdıqdan sonra yolu əvvəlki vəziyyətinə qaytarmalıdır.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












