Atmosferə zərər verən hansıdır - Yanacaq, yoxsa mühərrik – EKSPERT AÇIQLADI

Qaydalara uyğun olaraq, avtomobillər tərəfindən atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması ilə səciyyələnən 6 növ AVRO standartı mövcuddur. Standartın adında göstərilən nömrə (1,2,3,4,5 və 6) nə qədər yüksək olarsa, həmin sandartların tələblərinə cavab verən avtomobilin istismar zamanı ətraf mühitə atılan zərərli maddələrin miqdarı bir o qədər azdır.
Ətraf mühit və ya digər faktorlarda zərərlik baxımından yanacaq növü, yoxsa mühərrik daha çox fərq yaradır?
Bu barədə Avtosfer.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, daxili yanma üsulu ilə çalışan mühərriklər yəni benzin və dizel yanacağı ilə işləyən avtomobillər atmosferə daha çox zərər verir: Bu gün dünyada qəbul olunmuş ən zərərsiz mühərrik su ilə işləyən mühərriklərdir. Belə ki, bu su kristalı ilə havanın təmasından işə düşən, hidrogenlə işləyən avtomobillərdir. Daha sonra bu siyahıya sıxılmış qazla çalışan, hibrid avtomobillərini də daxil etmək olar. Bu avtomobillər atmosferə ya sıfır və yaxud da az miqdarda karbon qazını buraxır”.
Ekspert qeyd edib ki, atmosferə ən çox zərər verən və karbon qazını çox buraxan mühərriklər, dizel mühərrikli avtomobillərdir: “Ətraf mühitə zərər vuran yanacaqdır. Belə ki, yanacaq mühərikdə yanır, yanma zamanı karbon qazı yaranır və atmosferə qalxaraq ona zərər verir. Lakin elektromobillərdə karbon qazı yaranmır”.
Qeyd edək ki, ölkəmizdə “Avro-5” standartları qəbul olunub. “Avro-5” standartlı yanacağın istifadəsi avtomobilin işlənmiş qazının tüstüsünü azaldır və yanma məhsullarının (bərk hissəciklər, azot oksidləri, karbonmonoksit, yanmamış karbohidrogenlər) ətraf mühitə tullanmasını kifayət qədər azaldır. İşlənmiş tullantıların azaldılmasına yönəlmiş bu təşəbbüslə daha yüksək oktanlı, yəni “Aİ-95” yanacağının istifadəsi nəzərdə tutulub və ölkəyə yaşı 7 ildən çox olan köhnə avtomobillərin idxalına məhdudiyyətlər qoyulub.
Məhəbbət Tərlanoğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












