Avtobuslardakı USB portlarla telefonu şarja qoymaq cərimə səbəbidir? – AÇIQLAMA

Son zamanlar paytaxtın bir çox marşrut avtobuslarında sərnişinlər oturacaqların yaxınlığında quraşdırılmış elektrik yuvalarına, yaxud USB portlarına rast gəlirlər.
Avtosfer.az xəbər verir ki, bəzi vətəndaşlar bu cür yuva və portlardan telefonuna enerji doldurmaq üçün istifadə edir, digərləri isə bunun təhlükəli və ya qadağan olunub-olunmadığını bilmədən ehtiyatla yanaşır. Maraqlıdır, bu vasitələr sərnişin rahatlığı üçünmü quraşdırılıb, yoxsa onların istifadəsi ümumiyyətlə nəzərdə tutulmayıb?

Məsələ ilə bağlı “BakuBus” MMC-nın mətbuat katibi Əsmər Əliyeva Avtosfer.az-a açıqlamasında bildirib ki, “BakuBus” MMC-nin istismarında olan bütün avtobuslar sərnişinlərin rahatlığı və gündəlik ehtiyaclarının qarşılanması üçün müasir avadanlıqlarla təchiz olunub:
“Avtobuslarda quraşdırılmış USB və Type-C portları sərnişinlərin şəxsi elektron cihazlarını (mobil telefon, planşet və s.) səyahət zamanı şarj etmələri üçün nəzərdə tutulub. Bu portlardan istifadə tam təhlükəsizdir və avtobusun elektrik sisteminə hər hansı risk yaratmır. Bununla yanaşı, sərnişinlərdən xahiş olunur ki, portlardan yalnız şarj məqsədilə istifadə etsinlər və yüksək gücə malik cihazların qoşulmasından çəkinərək, ümumi təhlükəsizlik qaydalarına riayət etsinlər.
Qeyd edək ki, bu avadanlıqlar sərnişinlərin rahatlığını artırmaq və ictimai nəqliyyatda daha müasir və funksional xidmət təqdim etmək məqsədilə quraşdırılıb”.
Xatırladaq ki, metro qatarlarının divarlarında olan USB port və elektrik yuvalarından istifadə etmək isə inzibati məsuliyyət yaradır. Bu cür səhvə yol verən şəxslər 70 manat məbləğində cərimələnə bilər.
Fidan
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












