Avtomobilə qeydiyyat nişanı necə bərkidilməlidir? - Qanun nə deyir?

Son günlərin ən çox müzakirə olunan və mübahisələrə səbəb olan məsələlərdən biri dövlət qeydiyyat nişanının yeri ilə bağlıdır. Bəzi sürücülər nömrənin sağda və yaxud solda olmasının qayda pozuntusu olmadığını, bəziləri isə qayda pozuntusu olduğunu hesab edir.
Bəs qanun nə deyir?
“Yol hərəkəti haqqında" qanunun 29.1-ci maddəsində bildirilib ki, dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Buradan göründüyü kimi nömrə müəyyən edilmiş yerə bərkidilməlidir.
Müəyyən edilmiş yerlər dedikdə nəzərdə tutulan nədir?
Əgər istehsalçı zavod istehsal etdiyi avtomobilin ön buferində dövlət qeydiyyat nişanı üçün xüsusi yer nəzərdə tutubsa, o zaman dövlət qeydiyyat nişanı həmin yerə bərkidilməlidir. Qanunvericilikdə müəyyən edilmiş yer istehsalçı tərəfindən nəzərdə tutulmuş yer kimi izah oluna bilər. Lakin bir çox avtomobil modelləri var ki, onların ön buferində dövlət qeydiyyat nişanı üçün xüsusi yer nəzərdə tutulmayıb. Belə olan halda isə sürücü nömrəni ön buferin sağına, soluna və yaxud tən ortasına bərkidə bilər və buna görə məsuliyyətə cəlb oluna bilməz. Burada bir şeyə diqqət yetirmək lazımdır ki, avtomobil ilə üz üzə durduqda, nömrə tam görünməli və rahatlıqla oxunmalıdır.
Qeyd edək ki, nömrə istehsalçı zavod tərəfindən nəzərdə tutulan yerdə və ya ümumiyyətlə buferdə olmadığı zaman isə sürücü İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsinə əsasən 40 manat məbləğində cərimə olunur.
Məhəbbət Tərlanoğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












