Avtomobilə sonradan start-stop quraşdırmaq olar? - İZAH - VİDEO

Müasir avtomobillərin istehsalı sürətləndikcə, sürücülər sovet dövrünə aid “VAZ” markalı maşınlarda müəyyən yeniliklər etməyə başlayıblar. Avtosfer.az-ın məlumatına görə, bu tendensiyanı “VAZ 2107” modelində açıq şəkildə görmək mümkündür. Əsasən gənclər avtomobilin salonunu yeniləyərək daha müasir görünüş verməyə çalışırlar. Belə dəyişikliklərdən biri də mühərrikin açarsız, yəni start-stop düyməsi ilə işə salınmasıdır.
Bir çox sürücü bu sistemi sonradan quraşdıraraq avtomobili sadəcə bir düyməyə toxunmaqla işə salmağı mümkün edir.
Lakin edilən bu dəyişikliyin qanuni olub-olmadığı sürücülərə qaranlıq qalıb. Qeyd edək ki, avtomobildə aparılan istənilən dəyişiklik təhlükəsizlik tələblərinə cavab verməlidir. Xüsusilə elektrik naqilləri ilə bağlı işlər düzgün şəkildə icra olunmalıdır ki, gələcəkdə avtomobil yanğın riski ilə üzləşməsin.
Start-stop düyməsi ilə bağlı heç bir normativ tələblər olmadığından, sürücülər bu sistemi istənilən avtomobilə quraşdıra bilər. Buna görə heç bir sürücü cərimə oluna bilməz.
Fərid
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












