Avtomobili texniki baxışdan keçirməyən bu sürücülər CƏRİMƏ EDİLƏ BİLMƏZ - VİDEO

Hər bir nəqliyyat vasitəsi istehsal ilinə görə dövri texniki baxışdan keçirilməlidir. Son vaxtlar sürücülər texniki baxış və onun məsuliyyət yaradan halları ilə bağlı redaksiyamıza çoxsaylı suallar ünvanlayaraq soruşurlar ki, avtomobili idarə etmədikdə texniki baxışdan keçirilməlidir? Və yaxud texniki baxışdan keçirilməyən avtomobil idarə edilmirsə cərimə yazıla bilər?
Avtosfer.az sürücülərin bu suallarına aydınlıq gətirərək bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində qeyd olunub ki, nəqliyyat vasitəsini müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə nəzərdə tutulur.
Bu maddədə konkret olaraq göstərilib ki, texniki baxışdan keçirmədən idarə etməyə görə cərimə nəzərdə tutulub. Yəni, avtomobil idarə edilmirsə texniki baxışdan keçirilməməyə görə cərimə tətbiq edilə bilməz. O cümlədən, avtomobil idarə edilmirsə onu texniki baxışdan keçirmək kimi məcburiyyət nəzərdə tutulmayıb.
Bəzən aylarla, hətta illərlə avtomobilini həyətdə saxlayıb xarici ölkəyə səfər edənlər olur. Həmin şəxslər ölkəyə qayıtdıqdan sonra texniki baxışdan keçirmədikləri illərə görə nə məsuliyyət nəzərdə tutulub, nə də ki, xüsusu bir rüsum.
Leyla
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












