Avtomobilin loqosunu dəyişən sürücüləri hansı cəza gözləyir?

Son zamanlar avtomobilin markasını bildirən loqoları dəyişmək sürücülər arasında dəb halını alıb. Avtosfer.az xəbər verir ki, hər bir istehsalçı avtomobilin ön və arxa hissəsinə öz loqosunu yerləşdirir. Bu loqo vasitəsi ilə nəqliyyat vasitəsinin hansı markaya aid olduğu bilinir. Son vaxtlar sürücülər ucuz markalı avtomobillərin loqolarını çıxararaq yerinə bahalı markalı avtomobillərin loqolarını vururlar. Məsələn "Opel"ə "Mercedes Mybach"ın loqosunu, "Toyota Prius"a "Porsche"nin loqosunu və.s vururlar.
Bu hərəkətə yol verən sürücüləri hansı məsuliyyət gözləyir?
"Yol hərəkəti haqqında" Konvensiyaya görə, hər bir nəqliyyat vasitəsinin ön və arxa hissəsində avtomobilin markasını bildirən loqo yerləşdirilməlidir. Bu loqonun çıxarılması və ya digər markaya aid loqo ilə əvəz olunması qanunsuz hesab olunur. Bu əməl, markanın dəyişdirilməsi kimi qiymətləndirilir. Qanunvericiliyə görə, bu əməli törətmiş sürücüləri 150 manat məbləğində cərimə gözləyir.
Könül
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












