Avtomobilin rənginə görə sürücülərə niyə problem yaradılır? - HÜQUQİ İZAH - VİDEO

Sosial şəbəkələrdə avtomobillərin rəngi ilə bağlı problem yaşandığına dair məlumatlar paylaşılıb.
Qeyd edilir ki, bəzi avtomobillərin ikirəngli olması sürücülər üçün problemlərlə nəticələnir. Hətta istehsalçı müəssisənin özü tərəfindən rənglənmiş olmasına baxmayaraq, sürücülər çətinliklə qarşılaşırlar:
Bununla bağlı Oxu.az-ın sorğusuna Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) cavab verilib. Bildirilib ki, zavod istehsalı olan avtomobillərdə bununla bağlı hər hansı məhdudiyyət yoxdur.
BDYPİ-nin məlumatında o da qeyd edilib ki, istehsalçı müəssisə tərəfindən nəzərdə tutulmayan müxtəlif rəng çalarlarının tətbiqi istisna olmaqla, bütövlükdə avtomobilin rənginin dəyişdirilməsi mövcud standartların tələblərinə uyğun olaraq, boyavurma üsulu ilə texniki xidmət stansiyası və ya müvafiq təmir bazası olan avtomobil müəssisələrində həyata keçirilə bilər.
Qanunvericiliyə əsasən, rəngin dəyişdirilməsi nəqliyyat vasitəsinin qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən hal olduğundan fiziki və hüquqi şəxslər bu hal yarandığı vaxtdan on gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatından keçirilməsini və daimi uçota alınmasını təmin etməlidirlər.
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












