Avtomobillərin "peredoku" neçə barmaq olmalıdır? - İZAH

"VAZ" markalı avtomobillərin sürücüləri bəzi hallarda ön asqı sisteminə əlavə avadanlıqlar quraşdıraraq avtomobilin qabağını qaldırırlar. Bəzən isə arxa yaylara normativ tələblərdən kənar müdaxilələr edərək arxasını aşağı salırlar. Təbii ki, bunlar qanunla qadağan edilmiş hallardır. Lakin elə hallar da olur ki, heç bir müdaxilə edilmədən avtomobilin ön asqı sistemi normadan artıq yuxarı, arxası isə aşağı görünür.
Bu, hansı hallarda ola bilir:
1) Asqı sistemindəki detalları yeniləyən zaman.
2) Arxa yaylar illərlə istismar olunduqdan sonra
Yuxarıda qeyd etdiyimiz hər iki halda konstruksiyaya müdaxilə edilməsə də, sürücülər bəzən cərimə olunmaqdan qorxurlar. Onlar redaksiyamıza sual ünvanlayaraq asqı sisteminin neçə barmaq olmasını soruşurlar.
Avtosfer.az sürücülərin həmin suallarına aydınlıq gətirərək bildirir ki, asqı sisteminin 4 barmaq olması ilə bağlı illər öncə yayılmış informasiya kökündən yanlışdır. Qanunda asqı sistemi ilə bağlı hər hansısa bir ölçü norması mövcud deyil. Əsas tələb ondan ibarətdir ki, konstruksiyaya normativ tələbləri pozan avadanlıq quraşdırılmasın və ya dəyişdirilməsin. Bunlar edilməyibsə avtomobilin ön və arxa hissəsinin necə görünməsi heç bir məsuliyyət yaratmır.
Könül
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












