Axşam saatlarında işıq cihazlarını yandırmayan sürücüləri bu cəza gözləyir

Bəzən günün qaranlıq saatlarında xarici işıq cihazları sönülü vəziyyətdə olan avtomobillərin hərəkət etməsinin şahidi oluruq. Avtosfer.az xəbər verir ki, bu hal əsasən yolun süni işıqlandırma olan hissələrində baş verir. İşıqlı yolda hərəkət edən sürücülər avtomobilin işıqlarının sönülü olmasını hiss etmirlər. Lakin bu, digər sürücülər üçün böyük təhlükə yarada bilər. Hətta yolayrıclarında işıqları sönülü avtomobilin görünməməsi qəzaların baş verməsinə səbəb ola bilər.
Günün qaranlıq saatlarında xarici işıq cihazlarını qoşmayan sürücüləri hansı cəza gözləyir?
"Yol hərəkəti haqqında" qanunda qeyd edilib ki, sutkanın qaranlıq vaxtı hərəkətdə olan nəqliyyat vasitələrində və qoşqularda yaxın vuran işıqlar və arxa qabarit işıq cihazları yandırılmalıdır.
Bu tələbi pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə otuz manat məbləğində cərimə edilə bilər.
Leyla
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












