Azərbaycanda kişilərin atalıq məzuniyyətinə çıxma hüququ var? – AÇIQLAMA - FOTO

Azərbaycanda ailə quran gənclərin ən çox maraqlandığı mövzulardan biri də övlad dünyaya gələndə atalara məzuniyyətin verilib-verilməməsidir. İndiyədək daha çox analıq məzuniyyəti ilə bağlı qaydalar ön planda olub. Amma vətəndaşlar arasında sual yaranır: bəs ataların hüquqları necə tənzimlənir? Onlara övladının doğumundan sonra ailəsinə zaman ayırmaq üçün əmək məzuniyyəti verilir, ya yox?
Dünyanın bir çox ölkəsində atalıq məzuniyyəti artıq sosial təminatın mühüm bir hissəsinə çevrilib. Avropa dövlətlərində bu müddət hətta həftələrlə ölçülür. Bəs Azərbaycan qanunvericiliyində vəziyyət necədir? Regiondakı digər ölkələrlə müqayisədə geri qalırıq, yoxsa oxşar yanaşmalar var?

Məsələ ilə bağlı hüquqşunas Xəyal Bəşirov Avtosfer.az-a açıqlamasında bildirib ki, dünya ölkələrində analıq məzuniyyəti ilə yanaşı, atalıq məzuniyyəti də vətəndaşların hüquqlarının təminatı istiqamətində tətbiq olunan əsas qanunlardan biridir:
“Xüsusilə Avropa dövlətlərində və digər inkişaf etmiş ölkələrdə atalara ödənişli məzuniyyət hüququ daha uzun müddətə verilir. Bu, ailədə həm uşağın doğulduğu dövrdə, həm də sonrakı mərhələlərdə ata dəstəyini təmin etmək məqsədi daşıyır. Azərbaycanda isə uzun müddət atalıq məzuniyyəti anlayışı qanunvericilikdə mövcud olmayıb. Yalnız 2022-ci ildə Ailə Məcəlləsinə edilən dəyişikliklə bu hüquq rəsmiləşdirilib. Əmək Məcəlləsinin 125-ci maddəsində əks olunmuş dəyişikliyə əsasən, uşağın doğulması ilə əlaqədar ataya 14 gün müddətində ödənişli məzuniyyət verilir”.
Hüquqşunas qeyd edib ki, bu məzuniyyət doğuşdan əvvəl, doğuş zamanı və doğuşdan sonrakı günlərdə istifadə oluna bilər:
“Məqsəd ailədə anaya yardım etmək, həmçinin yeni doğulan körpəyə dəstək göstərməkdir. Hazırda Azərbaycan qanunvericiliyi atalara iki həftəlik ödənişli məzuniyyət hüququ verir. Lakin beynəlxalq təcrübə göstərir ki, bir çox ölkələrdə bu müddət daha uzundur. Gələcəkdə Azərbaycan qanunvericiliyində də oxşar dəyişikliklərin edilməsi və atalıq məzuniyyətinin müddətinin artırılması mümkündür”.
Fidan
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












