Bakı-Sumqayıt yolunda tıxac: Bu yolla aradan qaldırılacaq

Sumqayıt əhalisinin sayına görə ölkənin ən böyük ikinci şəhəri hesab olunur. Rəsmi rəqəmlərə görə, şəhərdə təxminən 426 min nəfər yaşayır. Dizayn və quruluş baxımından ölkənin digər şəhərlərindən daha yaraşıqlı olsa da, iş yerlərinin az olması ciddi problemlərdən biridir.
Avtosfer.az xəbər verir ki, şəhər əhalisinin böyük əksəriyyəti işləmək məqsədi ilə hər gün Bakıya üz tutur. Günün səhər və axşam saatlarında Bakı-Sumqayıt magistralındakı avtomobil sıxlığı və tıxacdan da bunu açıq-aydın görmək olar. Buna görə də, bəzi müəssisə və dövlət qurumlarının Sumqayıta köçürülməsi təklifləri səslənir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, iş yerlərinin Bakıdan Sumqayıta və ya digər şəhərlərə köçürülməsi birbaşa olaraq biznesə aid məsələ deyil:
“Özəl sektora deyə bilmərik ki, fəaliyyətini Bakıdan Sumqayıta köçürsün. İş yerləri Bakıda daha sərfəlidir deyə, iş yerləri daha çox paytaxtda açılır. Ona görə də, bu özəl sektora aid bir məsələ deyil. Amma bəzi dövlət və hökumət orqanlarının Sumqayıta, Gəncəyə və ya ölkənin müxtəlif yerlərinə köçürülməsi mümkündür”.
Ekspert bu fikrinə aydınlıq gətirib:
“Açığı, bu, bir az çətin məsələdir. Əslində, Bakının yükünün azaldılması təkcə Sumqayıtla bağlı məsələ deyil. Sumqayıtdan Bakıya işləməyə gələnləri araşdırmaq lazımdır. Bu istiqamətdə yaxşı sorğu keçirilməlidir ki, Sumqayıtdan Bakıya işləməyə gələn vətəndaşlar daha çox hansı sahələrdə çalışırlar. Əgər məsələn, hansısa dövlət və hökumət qurumlarında daha çox çalışan varsa, onların nümayəndəliklərini və ya baş idarələrini Sumqayıta köçürmək mümkündür”.
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












