Bakıda fəaliyyət göstərən avtobusların sayı 2350-yə çatıb - EKSPERT

Avtomobil nəqliyyatı sektorunun iqtisadiyyat və məşğulluq baxımından əhəmiyyəti getdikcə daha qabarıq şəkildə özünü göstərir. Bu sahədə əsas göstəricilər onu deməyə əsas verir ki, nəqliyyat sektoru təkcə daşınma vasitəsi deyil, eyni zamanda geniş iqtisadi ekosistemin formalaşmasında mühüm rol oynayır.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev son illərdə bu sahədə ciddi artım müşahidə olunduğunu bildirib. Belə ki, son 3 ildə yük avtomobillərinin sayı 3000-dən 14 500-ə yüksəlib. Hazırda ölkədə təxminən 2000 daşıyıcı şirkət fəaliyyət göstərir. Bundan əlavə, taksi xidmətində 25 minə yaxın avtomobil mövcuddur, paytaxt Bakıda isə avtobusların sayı 2350-yə çatır.
Bu rəqəmlər yalnız birbaşa məşğulluğu əhatə edir və minimum 44 200 sürücünün bu sahədə çalışdığını göstərir. Lakin nəqliyyat sektorunun təsiri bununla məhdudlaşmır.
Qeyd olunur ki, bu sahə “multiplikativ effekt” yaradan əsas istiqamətlərdən biridir. Belə ki, avtomobil nəqliyyatı ilə paralel olaraq servis və texniki xidmət sahələri, ehtiyat hissələri bazarı, yanacaq və enerji sektoru, sığorta və maliyyə xidmətləri, logistika və anbarlama, eləcə də rəqəmsal platformalar və dispetçer xidmətləri də inkişaf edir.
Rauf Ağamirzəyev vurğulayıb ki, nəticə etibarilə bu sektor on minlərlə əlavə iş yerinin yaranmasına və geniş iqtisadi dövriyyənin formalaşmasına səbəb olur. Onun fikrincə, avtomobil nəqliyyatı sahəsinin düzgün tənzimlənməsi və strateji planlaşdırılması həm məşğulluğun artırılması, həm də şəhər iqtisadiyyatının dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Eltac Zülfüqaroğlu
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
















