Bank kartı nəqliyyat kartını əvəz edə bilərmi? - FOTO

Bu gün Azərbaycanda ictimai nəqliyyatda bank kartları ilə ödəniş məsələsi sıx müzakirə olunur. Hətta Sumqayıtda bu təcrübə sınandı və ömrü cəmi 1 həftə çəkdi.
Sumqayıt təcrübəsində problem nədən ibarət idi? Sərnişinlər balansı 0 olan kartı validatora yaxınlaşdırırıb keçirdilər. Sürücü isə təbii olaraq sərnişinin bank məlumatını görə bilmədiyi üçün ödənişin olub-olmadığını bilmirdi. Bu həm də texniki məsələ idi. Nəqliyyat şirkəti də vəziyyəti belə görərək tətbiqi dayandırdı.
Bəs xarici təcrübə nə deyir?
Bu sistemi ilk tətbiq edən şəhərlərdən olan Londonda problem 14 ildir həll edilib. Hətta turistlər də öz kartları ilə metro və ya avtobusda ödəniş edə bilirlər. Təbii ki, müəyyən konvertasiya faizi ödəməklə. Lakin heç kim sadə bir səbəbə görə Londonun vahid nəqliyyat kartını (Oyster) ləğv etməyi düşünmür: Bank kartı ilə aylıq və həftəlik gediş tarifi tətbiq etmək mümkün deyil, yalnız sabit qiymət ödənilir. Nəqliyyat kartının isə imkanları genişdir, aylıq ödəniş edən sərnişinə ciddi güzəşt edilir.
Azərbaycana gəldikdə isə, bank kartının da ödəniş üsulu kimi tətbiq edilməsi vaxtı çatıb. Bu üsul nəqliyyatdan az istifadə edənlərin və ya Bakıya ilk dəfə gələnlərin işini asanlaşdırar. Bununla belə, məsələ problemsiz ötüşmür.
Əvvəlla, dünyada heç bir bank gündəlik yüz minlərlə xırda transaksiyaya maraqlı deyil. Nəqliyyatla əməkdaşlıq edib-etməmək bankın müstəsna səlahiyyətidir. Bank qurumları nəqliyyat şirkətindən məlumatların etibarlı mühafizəsini tələb edəcək.
İkinci amil əsasən mental faktorla bağlıdır: orta və yaşlı nəsil bir qayda olaraq kartında pul saxlamır, ya da hesabına mobil telefonla nəzarət edə bilmir. Bu səbəbdən bank kartına keçid olduğu təqdirdə hər gün kartı validatora 3 dəfə yaxınlaşdıran şəxslərin növbəsini görəcəyik.
Bank kartının tətbiqi nəqliyyat kartını istisna etməməlidir. Tam əksinə, bunun da təkmilləşməsinə ehtiyac var. Həftəlik və aylıq biletlərin tətbiqi zəruridir. Bu həm sərnişinə, həm də nəqliyyat şirkətinə sərfəlidir.
Vüqar Yaşaroğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT















