Benefisiarlar üçün yol hərəkəti qaydalarına dair təlim təşkil olunub - FOTO

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Bakı şəhəri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Dostluğa yol aç” adlı tədbir keçirilib. Avtosfer.az xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan tədbir mərkəzin benefisiarları olan uşaqların yol hərəkəti iştirakçılarının əsas hüquqları barədə məlumatlandırılması məqsədi daşıyıb. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis kapitanı Pərvanə Muradova, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşı, Əməkdar müəllim Fəridə Süleymanova bu sahədə əsas məlumatları benefisiarlarla bölüşüblər. Tədbir iştirakçılarına yol hərəkəti qaydaları və təhlükəsizlik tələblərinə dair nəzəri və praktiki biliklər aşılanıb. Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl olunması, bu sahədə hüquqpozmalarına yol verilməməsi mövzusunda söhbət aparılıb. Uşaqlar arasında interaktiv oyun və yarışlar təşkil olunub, maarifləndirici videoçarxlar nümayiş etdirilib. Təlimin yekununda tədbir iştirakçılarına Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Bakı şəhəri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən diplomlar verilib.
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












