Bəzi sürücülər ətrafdakıları niyə narahat edir? – Psixoloq açıqladı - VİDEO

Sürücülərin bəziləri çox vaxt etdiyi davranışları ilə ətrafdakıları narahat edir. Özünü göstərmək üçün və ya digər haqsız səbəblərdən bəzi sürücülərin davranışı həmçinin insanlarda qıcıq oyadır.
Bəs sözügedən sürücülər ətrafdakıları niyə narahat edir?
“AvtoFM” radiosunun efirində yayımlanan "Faydalı saat" verilişində psixoloq Nizami Orucov bu barədə danışıb.
O bildirib ki, sükan arxası özünü sübut etmək üçün çox səhv bir yerdir: “İşıqforda yaşıl işıq yanan kimi qaz pedalının üstünə sıxmaq, işıqforun sönməsinə 1 saniyə qalmış yüksək sürətlə oradan keçməyə çalışmaq, ara məhələlərdə, küçələrdə, insanların sıx yaşadığı yerlərdə yüksək səslə musiqi dinləmək, yoldakı qadınları narahat etmək və s. bütün bunlar heç bir yaxşı nəticəyə gətirib çıxarmayacaq. Belə davranışlar insanın özünü səhvən sübut etmək cəhdləridir. Bunların hamısı psixoloji problemlərdir və bunun üçün psixoloqlara müraciət edilə bilər”.
Psixoloq sürücülərin nələr edə biləcəyinə də aydınlıq gətirərək qeyd edib ki, şəxs hərəkətə keçmədən öncə hansı hissin buna səbəb olduğunu anlamağa çalışmalıdır: “Bu qəzəb, əsəb, kin, nifrət, qıcıq və s. ola bilər. Ola bilsin ki, maddi problemlər, iş, ailə həyatındakı məsələlər həmin şəxsləri narahat edib, həyatdan narazı salır. Bu da sükan arxasında özlərini “Şumaxer” zənn etmələrinə səbəb olur”.
Məhəbbət Tərlanoğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












