Birkası olmayan maşın qeydiyyatdan və texniki baxışdan keçirilə bilərmi? - QAYDALAR BELƏDİR

Avtomobillərin modelini, mühərrik, ban və şassi nömrələrini bildirən lövhəciklər (birkalar) zavod tərəfindən müəyyən olunmuş yerə bərkdilir. Bu lövhəciklər müasir avtomobillərin ayaqaltı hissəsində, sovet maşınlarında isə mühərrik hissəsində yerləşdirilir. Lövhəciyin əsas mahiyyəti ban, şassi, mühərrik və.s nömrələrinin mərkəzləşdirilmiş bir yerdə yazılmasından ibarətdir.
Son zamanlar sürücülər redaksiyamızın qaynar xəttinə çoxsaylı şikayətlər ünvanlayaraq bildirirlər ki, birkası qoparılmış, itmiş avtomobilləri qeydiyyata aldırarkən və yaxud texniki baxışdan keçirərkən Dövlət Yol Polisi İdarəsi bundan imtina edir.
Lövhəciyin (birkanın) olmaması qeydiyyatdan və texniki baxışdan imtinaya əsasdırmı?
Avtosfer.az xəbər verir ki, lövhəciyin üzərində yazılmış məlumatlar, təkrar məlumatlar hesab olunur. Ümumiyyətlə lövhəciyin olmaması və ya avtomobilin üzərindən çıxarılması heç bir hüquq pozuntusu yaratmır. Çünki lövhəcikdə olan məlumatlar ayrıca olaraq mühərrikin, banın, şassinin üzərində də yazılır.
Avtomobilin zavod tərəfindən istehsal edildiyi mühərriki sıradan çıxanda, sürücülər bəzən yeni mühərrik alıb qoyurlar. Belə olan halda avtomobilə yeni qoyulmuş mühərrikin nömrəsi əsas götürülür. Bu nömrə ilə məlumat lövhəsindəki (birkadakı) nömrə onsuz da uyğun gəlməyəcək. Mühərrik dəyişdikdən sonra sürücü DYP-yə müraciət edib yeni aldığı mühərrikin nömrəsini qeydiyyat şəhadətnaməsinə əlavə etdirir. Lakin avtomobilin üzərindəki lövhədə köhnə nömrə qalır. Buradan da görünür ki, həmin məlumat lövhəsinin heç bir vacibliyi yoxdur. Mühərrik kimi avtomobilin banı da, şassisi də dəyişdirilə bilər. Yenə olduğu kimi DYP bu əməliyyatı qeydiyyata alacaq, lakin lövhəcikdə olan nömrələr köhnə olaraq qalacaq. Buna görə də lövhəciyin olub-olmaması vacib hesab olunmur və qeydiyyatdan, texniki baxışdan imtinaya əsas deyil.
Leyla
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












