Bu əşyalar avtomobildə unudulduqda, PARTLAYIŞA SƏBƏB OLA BİLƏR - VİDEO

Yay aylarında avtomobilin içində temperatur sürətlə yüksəlir. Bu isə bəzi gündəlik əşyaların ciddi təhlükəyə çevrilməsinə səbəb olur.
Avtosfer.az xəbər verir ki, bir çox sürücü bilmədən avtomobilində saxladığı əşyalarla həm özünün, həm də avtomobilin təhlükəsizliyini riskə atır.
Bəs avtomobildə hansı əşyalar saxlanılmamalıdır və bunun səbəbi nədir?
Yandıran (zajiqalka) – partlayış riski deməkdir. Kiçik ölçülü yandıran yüksək temperaturda partlayışa səbəb ola bilər. Avtomobil gün altında qalarsa, içəridəki temperatur 60°C-dən yuxarı qalxır və bu da qazla dolu yandıran üçün partlayış şəraiti yaradır. Nəticədə, salon hissələri zədələnə və yanğın baş verə bilər.
Günəş kremi və kosmetik məhsullar – kimyəvi dəyişiklik və sızma riski: kosmetik vasitələr, xüsusilə günəş kremi yüksək temperaturda tərkibini dəyişir və bəzən qabı deformasiya olaraq sızma yaradır. Nəticədə, oturacaqlar, konsol və digər hissələr ləkələnə və zədələnə bilər.
Parfüm və sprey tərkibli dezodorantlar qapalı qaz təzyiqi partlayışa səbəb ola bilər. Aerozol tərkibli məhsullar isti şəraitdə qaz təzyiqi yaradır. Qabın içində təzyiq artdıqda, bu maddələr öz-özünə partlaya və salon hissələrini dağıda bilər. Şüşə qabda olan ətirlər isə əlavə şüşə qırığı təhlükəsi yaradır.
Eynəklər yanğın riskinə səbəb ola bilər. Adi eynəklər, xüsusilə günəş eynəkləri günəş şüalarını bir nöqtəyə fokuslayaraq salon materiallarını yandırmağa qədər gedə bilər. Bu, avtomobilin içində səssiz, lakin təhlükəli yanğın ocağına çevrilə bilər.
“Powerbank” və digər litium batareyalar – şişmə və partlama ehtimalı: elektron cihazlarda olan litium batareyalar qızdıqda kimyəvi reaksiyaya girə və partlaya bilər. Əgər “powerbank” günəş altında şarjda saxlanılırsa, bu təhlükə daha da artır. Eyni zamanda, bu cihazlar yanğın mənbəyinə çevrilə bilər.
.jpg)
Plastik su qabları lupa effekti ilə yanğın təhlükəsi: sadə su butulkası belə günəş şüasını fokuslayaraq avtomobilin salonunu yandıra bilər. Bu, xüsusilə oturacaq və döşəmə hissəsində başlayaraq daha geniş yanğına səbəb ola bilər. Üstəlik, isti şəraitdə plastikdən suya keçən kimyəvi maddələr sağlamlıq üçün zərərlidir.
Avtomobilin salonunda saxlanılan bu tip əşyalar, xüsusilə isti havalarda, həm avtomobilə zərər verə bilər, həm də ciddi təhlükələr yarada bilər. Yay aylarında avtomobilinizdə nələrin saxlanıldığına diqqət etməyiniz tövsiyə olunur.
Eltac Zülfüqaroğlu
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR
Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN...











