Bu hallarda sığortadan pul ala bilməyəcəksiniz

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına (avtomobillərin icbari sığortası) xeyli müddətdir başlanılmasına baxmayaraq, müşahidələr onu göstərir ki, ictimaiyyət arasında hələ də bu sığorta növü barədə məlumatsızlıq mövcuddur. Bu da bir çox hallarda haqlı və ya haqsız olaraq sığortadan gözləntilərin özünü doğrultmamasına səbəb olur. Məlumatsızlıq nəticə olaraq ümumilikdə, sığorta anlayışına inamın azalmasına gətirib çıxarır.
Sığorta ilə bağlı ən aktual sual isə budur: Sığorta şirkətləri hansı hallarda avtoqəzaya görə ödəniş etmirlər?
Avtomobillərin icbari sığortası avtonəqliyyat vasitələrinin ölkə ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir. Qəza nəticəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini özünün idarə etdiyi avtomobillə bağlı mülki məsuliyyətini sığortalamış sığortaçıdan tələb edir.
.jpg)
Sığorta üzrə ekspert İlkin İbrahimov deyir ki, sığorta şirkətləri bütün hallarda zərərçəkmişə ödəniş etməlidir. Bu barədə saytımıza danışan ekspert qeyd edib ki, avtomobili içkili halda idarə edilirsə və yaxud da idarə etmək hüququ olmadan idarə olunduqda belə, yenə də qarşı tərəfə sığorta ödənişi olunur. Daha sonra bu ödəniş sığorta şirkəti tərəfindən digər şəxsdən alınır.
Lakin burada istisnalar da var. Söhbət ondan gedir ki, sığortalı olsa belə, müəyyən hallarda zərərçəkmişə sığorta ödənişi verilməyə də bilər.
Azərbaycan Sığortaçılar Assosiasiyasından “Qafqazinfo”ya bildirilib ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə başvermiş sığorta hadisəsi zamanı yalnız o halda sığorta ödənişindən imtina edilir ki, hadisə iştirakçıları müvafiq sığorta növü üzrə sığorta şəhadətnaməsinə sahib deyil, yəni sığortalı deyil.
Bu da o deməkdir ki, avtoqəza zamanı hər iki tərəf sığortalı olmalıdır. Əks təqdirdə, zərərçəkmiş sığortalı olsa belə, ona sığorta şirkəti tərəfindən ödəniş edilmir.
.jpg)
Bu isə belə fikir yürütməyə imkan verir ki, sığortalı olmaq heç də həmişə sığorta alacağımız anlamına gəlmir. Belə halda dəyən zərəri qarşı tərəf ödəməlidir. Əks təqdirdə, zərərçəkmiş məhkəməyə üz tutmalı olur.
Assosiasiyadan vurğulanıb ki, belə hadisələr çox nadir hallarda qeydə alınır. Çünki ölkə ərazisində avtomobillərin icbari sığortası növü üzrə əhatəlilik 100 faiz həcmindədir.
Qurumdan, həmçinin sığorta eksperti İlkin İbrahimovun fikrinə əlavə olunub ki, hadisə iştirakçısı avtonəqliyyat vasitələrini idarəetmə hüququna malik olmadığı halda və ya hadisə iştirakçısının spirtli içkinin və ya narkotik maddənin təsiri altında olduğu aşkarlanarsa, bu zaman sığorta ödənişi edilsə də, mövcud vəziyyət hadisə iştirakçısı tərəfindən qanun pozuntusu hesab olunduğu üçün həyata keçirilmiş sığorta ödənişi sığorta şirkəti tərəfindən reqres qaydada geri alınır. (qafqazinfo)
Məktəb həyəcanı başlayır: Bu şəxslər cərimələnə bilər - DETALLAR
Sürücülərin qəza riskini artıran düşüncə tərzi budur – XƏBƏRDARLIQ - VİDEO
Maşının qapısının açılmasına görə baş verən qəzalarda kim məsuliyyət daşıyır? – AÇIQLAMA
Bu düşüncə həm sürücüləri, həm də piyadaları təhlükəyə atır – XƏBƏRDARLIQ - VİDEO
İriqabaritli maşınlarla paralel döngəyə girməyin – MÜTƏXƏSSİS – VİDEO
Bu hallarda maşın cərimə meydançasına aparılır - Sürücülərə XƏBƏRDARLIQ
Sol zolaqda gedən avtomobili sağdan keçmək olarmı? – İZAH - VİDEO
Tuneldə bu qaydanı pozan sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Badamdarda sürüşməyə görə bağlanan yol nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
Bu nişanı səhv başa düşən sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Sarı torun üzərində dayanmaq olarmı? – AÇIQLAMA – VİDEO










