Bu küçədə işıqfora diqqət edin; 100 manat cərimələnə bilərsiz - SÜRÜCÜLƏRƏ ÇAĞIRIŞ - VİDEO

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov Parlament prospekti istiqamətində – 20 nömrəli məktəbin və əvvəlki Əzizbəyov heykəlinin yaxınlığında yerləşən yolayrıcında sürücülərin tez-tez yol verdiyi ciddi xətaya diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, həmin ərazidə ard-arda iki svetofor var. Sürücülərin əksəriyyəti birinci svetoforun yaşıl işığında hərəkət edərkən, bir az irəlidə yerləşən ikinci svetaforu nəzərdən qaçırırlar. İkinci svetofor stop xəttindən uzaqda olduğuna və sağ tərəfdə əlavə svetofor qurğusu olmadığına görə bəzi sürücülər qırmızı işıq yanmasına baxmayaraq, dayanmadan hərəkəti davam etdirirlər.
Aqil Rəhimov bildirir ki, qaydalara əsasən, yol nişanları birinci növbədə sağda yerləşməlidir. Lakin svetoforların mövqeyi ilə bağlı qanun daha geniş imkan verir ki, onlar sağda, solda və ya yuxarıda quraşdırıla bilər, hətta sağ tərəfdə olmaya da bilər. Bu səbəbdən ikinci svetoforun sağda olmaması qayda pozuntusunu aradan qaldırmır.
Məşqçi qeyd edib ki, sürücülər stop xəttini keçərək qırmızı işıqda hərəkət etdikdə 100 manat cərimə olunur. O, həmin yolayrıcında xüsusilə diqqətli olmağı tövsiyə edib və sürücüləri cərimələrdən yayınmaq üçün hər iki svetofora diqqət yetirməyə çağırıb.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












