Bu nömrəli maşınlarla sərnişin və yük daşımaq qadağandır - 150 manat cərimə

Ölkə ərazisində xarici nömrəli nəqliyyat vasitələrilə sərnişin və yük daşıyan sürücülərətez-tez rast gəlirik. Xüsusən də Gürcüstan və Rusiya qeydiyyatlı minik avtomobilləri və avtobusları ilə rayonlara sərnişin daşıyan, eyni zamanda kommersiya məqsədli yükləri daşıyan avtomobillərin hərəkətinin şahidi oluruq. Lakin əksər sürücülər belə nəqliyyat vasitələri ilə ölkə daxilində sərnişin və yük daşınmasının qadağan olunduğunu bilmirlər.
İnzibati Xətalar Məcəlləsinin 500-cü maddəsində qeyd olunub ki, Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti gətirilmiş nəqliyyat vasitələrinin gömrük ərazisinə müvəqqəti gətirilməsinin məqsədlərinə uyğun olmayan ölkədaxili sərnişin və ya yük daşımalarında digər şəxslər tərəfindən istismar olunmasına görə - yüz əlli manat məbləğində cərimə edilir.
Qeyd edək ki, bu maddə beynəlxalq yük və sərnişin daşıyan nəqliyyat vasitələrinə şamil olunmur. Həmin nəqliyyat vasitələri ölkə ərazisində, məsələn, bir rayondan digər rayona sərnişin və ya yük daşıyırsa o zaman həmin sürücü məsuliyyətə cəlb oluna bilər.
Leyla
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












