Bu qanundan sui-istifadə edənlər diqqətli olsun – CƏRİMƏSİ VAR – EKSPERT AÇIQLADI - FOTO

Bəzi obyektlərin qarşısına maşınların səkidən sərbəst daxil ola bilməsi “Avtomobil yolları haqqında” qanunun 26-cı maddəsində nəzərdə tutulub.
Avtosfer.az xəbər verir ki, həmin maddədəyə əsasən yolkənarı xidmət obyektləri avtomobil yollarından onlara girişin təmin olunması üçün giriş, çıxış və birləşmə yollarına malik olmalıdırlar.
Qanunda “yolkənarı xidmət obyektləri” deyəndə, avtomobil yolları istifadəçilərinin ehtiyaclarını ödəmək üçün təşkil edilən sosial, ticarət, ictimai iaşə və başqa obyektlər nəzərdə tutulur. AAYDA məhz sözügedən maddəni rəhbər tutaraq belə obyektlərə avtomobil yolundan (səkidən) girişi təmin edir.
Deməli yol kənarında yerləşən hər bir obyektə maşının səkidən daxil ola bilməsi üçün şərait yaradıla bilər. Bəs bundan sui-istifadə edərək səkiyə daxil olub parklanan, piyadaların rahatlığı və təhlükəsizliyi pozanları hansı cəza gözləyir?
Bu barədə Avtosfer.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu qayda yalnız avtomobilin oradan keçməsi üçün nəzərdə tutulub: “Yəni avtomobilin səkiyə qalxıb, birbaşa obyektə daxil olması üçün bu qayda var. Avtomobil nə səkidə sağa-sola hərəkət, nə də səkini zəbt edə bilməz. Belə halda səkidə parklanmaya görə yox, səkidə hərəkətə görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 40 manat məbləğində cərimə olunmalıdır”.
Məhəbbət Tərlanoğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












