Bu sənədlə maşını başqasına vermək olarmı? - Lizinqlə maşın sürənlərin DİQQƏTİNƏ!

Son vaxtlar sürücülər tez-tez belə bir sual verirlər: Yol vərəqəsi və lizinq şirkətinin verdiyi etibarnamə ilə maşını ayıq sürücüyə və ya avtomobildə olan digər şəxsə sürməyə vermək olar?
Dövlət müəssisələrinə məxsus avtomobilləri idarə etmək üçün sürücülərə yol vərəqəsi verilir. Bu yol vərəqəsi nəqliyyat vasitəsini idarə etmək üçün yalnız həmin şəxsə verilir. Bu sənədlə avtomobili digər şəxsə, o cümlədən ayıq sürücüyə vermək qadağandır. Belə hal yol polisi əməkdaşı tərəfindən aşkar edilərsə sürücü barəsində 40 manat cərimə tətbiq edilə bilər.
Lakin lizinq şirkətinin verdiyi sənəd etibarnamədirsə, o zaman sürücü avtomobildə olan digər şəxsə maşını verə bilər. İstər notarial qaydada verilən, istərsə də lizinq şirkətinin verdiyi daxili etibarnamə ilə avtomobili digər şəxsə verməyə qanun heç bir qadağa qoymur. Lakin adına etibarnaməsi olan şəxs özü mütləq avtomobildə olmalıdır.
Könül
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












